
Ad günü təbrikləri - Anaya, Ataya, Bacıya, Sevgiliyə aid doğum günü təbrik videoları
İnsan ömründə doğum günü təbii olaraq önəmli bir gündür. Doğmalarımızın ad günündə onları təbrik etməliyik.
Sizlər üçün müxtəlif mənbələrdən ad gününə aid təbrik mesajları və təbrik videoları topladıq. Ad gününə aid təbrik videoları endirmədən onlayn izləyə bilərsiniz və telefonunuza endirərək əzizlərinizin ad günündə onlara göndərə bilərsiniz. Doğum günü təbrik videosunu whatsapp status kimi də paylaşa bilərsiniz.
Anaya aid ad günü təbrikləri 2020

Ən gözəl ana mənim anamdır. Doğum günün mübarək və hər zaman bizimlə ol.
Anam mənim gözəl anam, hər yeni yaşında sən daha gözəl olursan, səni daha da çox sevirik. Əziz anam, ad günün mübarək.
Sənin doğum günün mübarək, məni dünyaya gətirən cəsur qadın, həmişə yanımızda olmağını arzulayıram.

Sən olmasan mən nə edərdim bilmirəm. Yəqin ki, indi küçələrdə səfil həyatı sürərdim. Nə danışıram mən... Sən olmasan heç mən də olmayacaqdım. Canım anam nə yaxşı ki, varsan.
Bu həyatda tək arzum və Allahımdan tək istədiyim səni bizim başımızın üstündən əksik etməsin. Səni bizə çox görməsin!!! Amin!
- Anaya ad günü mesajları - Ana üçün mənalı 30 doğum günü mesajı
- Dünyasını dəyişmiş ana üçün doğum günü mesajları
Ataya aid ad günü təbrikləri 2020

Dünyanın ən möhtəşəm atası, doğum günün mübarək! Səni çox sevirik.
Yaşlandıqca başa düşdüm ki, sənin kimi bir ata olduğuna görə çox şanslıyam. Səni çox sevirəm və bu əbədi sevgi heç bir zaman tükənə bilməz. Ad günün mübarək canım atam.
Sonsuza qədər sevəcəyim tek kişi Atamdir, bu dünyada məni də qarşılıqsız sevən tək kişi yenə də Odur! Bunu çox gözəl bilirəm. Her şeyimdir O mənim, ən əsası da ən böyük dayağımdır. Doğum günün mübarək olsun canım ATAM!
Bacıya aid ad günü təbrikləri 2020

Gözəl əziz bacım, yeni yaşınla hər şey daha da gözəlləşir. Neçə neçə belə illərə. Doğum günün mübarək olsun canım bacım!
Bizi bacı-qardaş edən qan bağlantısı deyil, ürəyimizdir. Əsl bacı dediyin yaxşı, pis gündə sənin daim yanında olandır. Nə yaxşı ki, varsan. Ad günün mübarək!
Bacımın qucağında uzanıb yalnız susmaq üçün darıxırdım. İndi uzaqlaşmışam, yanınızda deyiləm, amma həmişə ağlımdadır, bacım. Gözəl bacım ad günün mübarək olsun.
Qardaşa aid ad günü təbrikləri 2020

Bu həyatda ən böyük xoşbəxtlik gözəl ailəyə, yaxşı qardaşa sahib olmaqdır. Bu mənada dünyanın ən xoşbəxt insanı mənəm! Doğum günün mübarək olsun əziz qardaşım!
Qızıma aid ad günü təbrikləri 2020

Həyatıma məna qatan qızım, ümid edirəm ki, yeni yaşın hər zaman sənə xoşbəxtlik bəxş edəcəkdir. Ümid edirəm ki, hər şeydə uğur qazanacaqsan. Yaşından asılı olmayaraq, sən mənim həmişə balaca, şıltaq qızımsan. Ad günün mübarək əziz qızım.
Səninlə analıq hissinin nə olduğunu öyrəndim. Sənin kiçik əllərini ovuclarımda tutanda bu mənim üçün ağlasığmaz bir xoşbəxtlik hissi idi. Şükürlər olsun ki, həyatımıza girdin və qızımız oldun. Ad günün mübarək gözəl balam.
Sən mənim həyatımın bir hissəsisən, qızım. Bütün ömrüm boyu Allaha yalvarırdım ki, gözəl bir qızım olsun və Allaha şükür ki, səni mənə bəxş etdi. Sağlam yaşa! Ad gününü təbrik edirəm qızım.
Sevgiliyə aid ad günü təbrikləri 2020

Nə yaxşı ki, varsan. Neçə belə gözəl yaşlara, diz-dizə yaşlanmaq arzusuyla, səni ne qədər çox sevdiyimi söyləmək istədim. Qovuşmaq üçün səbirsizlənirkən xatirələrimizlə təsəlli tapıram..
Gözəl sevgilim ad günündə səninlə olmaq mənim üçün ən böyük hədiyyədir. Həmişə birlikdə olacağımız neçə belə illərə... Ətirli bir gül buketi ilə qarşına çıxacağım və səni qucaqlayacağım anı xəyal edərək səbr etməyə çalışıram. Mən sənin üçün çox darıxmışam.
Nə yaxşı ki, varsan. Səni çox sevirəm. Neçə belə xoşbəxt illərə, əl-ələ, diz-dizə yaşamaq arzusu ilə.. Ad günün mübarək sevgilim!
Həyat yoldaşına aid ad günü təbrikləri 2020

Gözəl, şirin, bal həyat yoldaşım. Sənin həyatımda olmağın mənim üçün böyük hədiyyədir. Səni çox sevirəm! Doğum günün mübarək canım həyat yoldaşım!
Dosta aid ad günü təbrikləri 2020

Həyata qalib gələcək qədər güclü, həyatdan gözləntilərini alacaq qədər ümidli, ümidini itirməyəcək qədər inanclı, xoşbəxt və sevgi dolu günlər sənin olsun əziz dostum! Ad günün mübarək olsun!
Baldıza aid ad günü təbrikləri 2020

Ad günün mübarək baldız. Xoşbəxt, sağlam, sevgi dolu gözəl günlərin olsun. Doğum günün mübarək olsun.
Əmiyə aid ad günü təbrikləri 2020

Fərqindəsən? Bir az daha yaşlandın. Ancaq sən mənim tanığım ən şirin yaşlısan :) Doğum günün mübarək canım əmim!
Addım atdığın yeni yaşında yeni ümidlər, gözəl günlər səninlə olsun. Ad gününü təbrik edirəm əmi!
Nə yaxşı ki, varsan. Nə yaxşı ki, mənim yaraşıqlı əmimsən. Ad günün mübarək əmican!
Dayıya aid ad günü təbrikləri 2020

Həyatının ən pis günü doğum günün kimi gözəl və xoşbəxt keçsin. Ad günün mübarək dayday!
Dünyanın ən yaşı dayısı mənim dayımdır. Səni çox istəyirəm. Doğum günün mübarək dayı!
Ad gününə aid digər məqalələrimiz:
Dostlarınla paylaş:
58037 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (10)
Babam üçün gəlmişdim bura baba olmadığı üçün sevinmədim amma çox gözəl idi♥ :-)
mələyim edin
Çox gözəldir anaya aiddir xoşuma gəldi
Gözəl idi
Zeet olmasa manish goplani ucunde yazin
Cox sozel idi amma bele olsaydi:ad gunun mubarek sevinc bacı
Xahis edirem sevgilim Fuad da hazirlayin
Çox gözəldi mən edəcəm
salam gözəl
Oglum