ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Neft Sənaye Universitetində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində tədbir keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən əcnəbi tələbələrlə iş üzrə dekan müavini Tofiq Muradxanov miqrasiya qanunvericiliyində baş verən son yeniliklər barədə əcnəbi tələbələrin mütəmadi maarifləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.

Layihə rəhbəri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev qeyd etdi ki, 44 günlük Vətən Müharibəsindəki zəfərimizdən sonra, həmçinin təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq əcnəbi tələbələrin ölkəmizin universitetlərinə marağı artmaqdadır.

Azərbaycanda təhsil alan əcnəbilər arasında keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova miqrasiya qaydaları və əcnəbi tələbələrin yol verdikləri hüquqpozmalar barədə danışıb.

Daha sonra, DMX Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev əcnəbi tələbələrlə bağlı elektron resurslardan istifadə qaydalarına dair təqdimatla çıxış edib.

Tədbir zamanı, əcnəbi tələbələrin və əməkdaşların sualları DMX Miqrasiya Proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru Ruslan Ağayev tərəfindən ətraflı cavablandırılıb.

ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Rafiq Camalov və başqa çıxışçılar bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib və görüşün keçirilməsinə dəstək olan bütün tərəfdaşlara dərin təşəkkürlərini bildiriblər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
489 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 2 dəq. əvvəl
  • 2
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 18 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37