Afyonkarahisar Muzeyi – Anadolunun çoxəsrlik irsinin təcəssümü

Afyonkarahisar Muzeyi – Anadolunun çoxəsrlik irsinin təcəssümü

Türkiyənin aparıcı media qurumlarının və xarici media strukturlarının nümayəndələri Anadolunun minillik tarixinə qərq ola biləcəyiniz nadir məkanlardan biri olan Afyonkarahisar Muzeyini ziyarət ediblər. Burada tunc dövründən antik dövrlərə, hettlərin hökmranlığı zamanına, frigiyalıların, Ellinizm, Qədim Roma, Bizans, Səlcuqlu, Osmanlı imperiyaları və Türkiyə Cümhuriyyətinin yaranmasının ilk illərinə aid olan zəngin eksponatlar var.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, muzeyin fondunda eramızdan əvvəl III minilliyə aid eksponatlar, o cümlədən müxtəlif artefaktlar - sarkofaqlar, heykəllər, vazalar, zərgərlik məmulatları, əmək alətləri və qab-qacaq, silahlar, sikkələr, tarixin müxtəlif dövrlərində Anadoluda yaşamış insanların maketləri nümayiş etdirilir.

Muzeyin direktoru Mevlut Uyumez jurnalistləri beşmərtəbəli muzeyin sərgisi ilə tanış edib. O, Afyonkarahisar vilayətinin uzun əsrlər boyu Anadoluda ticarət və mərmər emalı mərkəzi hesab olunduğunu bildirib.

Onun sözlərinə görə, Afyonkarahisar ərazisində 23 qədim şəhərin xarabalıqlarının, o cümlədən əfsanəvi təmsil ustası Ezopun doğulduğu Amoriumun aşkarlanması vilayətin genişmiqyaslı tarixi-mədəni irsinin sübutudur. Amoriumun çiçəklənmə dövründə əhalisi 350 min nəfərə çatıb və həmin dövrdə qədim Anadolunun Efesdən sonra ikinci şəhəri sayılırdı.

Arxeoloqlar qazıntılar zamanı Afyonkarahisarda Artemida, Eros, Asklepi, Apollo və Herakl da daxil olmaqla çoxlu sayda qədim qəhrəmanların heykəllərini aşkar ediblər. Beşmərtəbəli muzeyin eksponatları arasında əfsanəvi Frigiya kralı Midasın heykəli də var.

Muzeydə son neolit, tunc və dəmir dövrlərinə aid insanların yaşayış məskənlərinin maketləri də nümayiş etdirilir.

Muzeyin direktoru bildirib ki, qədim dövrlərin müəyyən mərhələlərində Anadolu sakinləri ölülərin ruhlarının onlarla birlikdə yaşamağa davam etdiyinə inanaraq, dünyasını dəyişənlərin cəsədlərini evlərinin altında dəfn ediblər.

Afyonkarahisar Muzeyinin rəhbəri əlavə edib: “Muzeyimizdə nümayiş etdirilən ən qədim eksponatların eramızdan əvvəl 6,5 min il yaşı var. Burada Heraklın üç ən böyük heykəlindən biri, həmçinin Qorqon Meduzasının nadir heykəli də sərgilənir. Vilayətimiz dünyanın hər yerindən gələn tarixsevərlər üçün cazibə mərkəzlərindən biri olaraq qalır”.

Mevlut Uyumez qeyri-qanuni şəkildə xaricə ixrac edilən Türkiyənin tarixi irsinə aid olan əşyaların geri qaytarılması istiqamətində dövlətin səylərini yüksək qiymətləndirib.

Ramin Abdullayev

Afyonkarahisar

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
462 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 10
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 22
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 24
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 35
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 40
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 46