Ağciyər xərçənginə qarşı yeni vaksinin beynəlxalq sınaqları başlayıb

Ağciyər xərçənginə qarşı yeni vaksinin beynəlxalq sınaqları başlayıb

Dünyanın yeddi ölkəsində ağciyər xərçənginə qarşı ilk mRNT peyvəndinin beynəlxalq klinik sınaqları başlayıb.

AZƏRTAC Guardian qəzetinə istinadla xəbər verir ki, klinik sınaqların birinci mərhələsi, BNT116 peyvəndinin insanlarda tədqiqi yeddi ölkədə - Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə yerləşən 34 tədqiqat mərkəzində aparılır.

Qəzetin məlumatına görə, yeni vaksin Almaniyanın BioNTech kompaniyası tərəfindən COVID-19 peyvəndinin əsasını təşkil edən eyni mRNT texnologiyasından istifadə etməklə hazırlanıb. Peyvəndin məqsədi orqanizmin immun reaksiyasını gücləndirməkdir: o, xərçəng hüceyrələrini “qeydə alır” və orqanizmi onlarla mübarizə aparmağa stimullaşdırır.

Sınaqlarda ağciyər xərçəngi olan ümumilikdə 130-a yaxın xəstə iştirak edəcək və onlar bir il ərzində onlarla dozada peyvənd alacaqlar. Həkimlər ümid edirlər ki, yeni peyvənd bütün dünyada ağciyər xərçəngi üçün standart müalicəyə çevriləcək.

Qeyd olunur ki, digər xərçəng növlərinin müalicəsi üçün oxşar peyvəndlərin əvvəlki tədqiqatları yaxşı nəticələr verib: onlar şişin ölçüsünün kiçilməsi və residiv riskinin azalması ilə nəticələnib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
20 gün əvvəl
353 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 7 dəq. əvvəl
  • 4
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 1 saat əvvəl
  • 20
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 2 saat əvvəl
  • 28
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 3 saat əvvəl
  • 33
Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin...
  • 4 saat əvvəl
  • 40
Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı...
  • 5 saat əvvəl
  • 46