Ağdamda istehsal olunacaq ayaqqabılar xaricə də satılacaq

Ağdamda istehsal olunacaq ayaqqabılar xaricə də satılacaq

“BAFCO İnvest” MMC tərəfindən Ağdam Sənaye Parkında ayaqqabı fabrikinin tikintisi yekunlaşıb, burada Almaniyadan gətirilmiş avadanlıqlar quraşdırılıb. Müəssisədə test nümunəsində məhsullar istehsal edilir. Yaxın vaxtlarda istehsal prosesinə başlanması nəzərdə tutulur.

MMC-nin Marketinq və PR üzrə meneceri Aynurə Həsənova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdam Sənaye Parkında 2,5 hektar ərazidə yerləşən müəssisə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə 120 iş yeri yaradılacaq.

Müəssisədə istehsal olunacaq ayaqqabılar payız/qış, yay/yaz mövsümlərinə, o cümlədən təhlükəsizlik xüsusiyyətlərinə müvafiq olacaq fərqli modellərə bölünür. Ayaqqabı növləri İSO 20345 standartının tələblərinə uyğun olaraq S1, S1P, S2, S3 təhlükəsizlik siniflərinə aiddir.

“BAFCO İnvest”in istehsal etdiyi poliuretan çəkmələr su, yağlar və müxtəlif kimyəvi maddələrə davamlıdır, bu səbəbdən kimya sənayesində və digər aqressiv mühitlərdə istifadəsi üçün ideal seçimdir. Çəkmələrin elastik və düzgün anatomik forması, yüngül çəkisi və aşınmaya davamlılığı işdə qoruyucu xüsusiyyətlərlə yanaşı, yüksək komfortun təmin olunması deməkdir.

İstehsal prosesi və keyfiyyətə nəzarət, bu sahədə geniş təcrübəyə malik yüksəkixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən idarə olunur. Almaniyanın tanınmış “Desma” markasının son nəsil avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabı təşkil edir.

“BAFCO İnvest”in təklif etdiyi məhsullar müxtəlif sahələrdə işçilərin maksimum təhlükəsizliyini və komfortunu təmin etmək üçün ideal seçimdir. "Made in Azerbaijan" adı altında istehsal edilən ayaqqabıların daxili bazarla yanaşı, xarici ölkələrə satışı da nəzərdə tutulub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
464 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 10 dəq. əvvəl
  • 3
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 42