Agentlik sədri: 1,4 milyon hektardakı bütün kənd təsərrüfatı bitkiləri 3,4 dəfə suvarılıb

Agentlik sədri: 1,4 milyon hektardakı bütün kənd təsərrüfatı bitkiləri 3,4 dəfə suvarılıb

Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 465 min hektar sahədə (bundan 16 min 472 hektar təkrar əkin) orta hesabla 3,4 dəfə, o cümlədən dənli bitkilər 559 min 596 hektarda 2,4 dəfə, pambıq 94 min 759 hektarda 3,6 dəfə, tütün 2652 hektarda 4,5 dəfə, yem bitkiləri 422 min 950 hektarda 3,5 dəfə, bostan-tərəvəz bitkiləri 67 min 578 hektarda 6,2 dəfə, çoxillik əkmələr 155 min 203 hektarda 3,9 dəfə və həyətyanı sahələr 146255 hektarda 5,4 dəfə suvarılıb.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 5 iyun - Su təsərrüfatı və meliorasiya günü münasibətilə AZƏRTAC üçün məqaləsində bildirib.

Onun sözlərinə görə, oktyabr ayından başlayaraq cari ilin məhsulu üçün əkilmiş taxıl sahələri arat və səpindən sonra suvarma suyu ilə təmin olunub, sözügedən əkinlər 481 min 725 hektarda 0,8 dəfə suvarılıb.

“Bütün suvarma mənbələrindən 9,85 milyard kubmetr su götürülüb və su istifadəçilərinə 7,23 milyard kubmetr su verilib. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir”,- deyə Zaur Mikayılov vurğulayıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
447 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 12
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 23
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 25
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 36
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 41
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 47