Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi yekunlaşıb

Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi yekunlaşıb

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bu çərçivədə Ağsu rayonunda Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolundan ayrılan Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu layihəsinin icrası artıq yekunlaşıb.

Uzunluğu 26.4 kilometr olan torpaq əsaslı sözügedən avtomobil yolları təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yollar boyu yeni torpaq yatağı və yol əsası inşa olunub. Ardınca asfaltlanma işlərinin icrası yerinə yetirilib, yol çiyinlərinin tikintisi işləri aparılıb.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunub.

Son mərhələdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.

Layihənin icrası Ağsu rayonunun Ərəbmehdibəy, Dədəli, Qasımbəyli, Xəlilli, Mustafalı, Göydəlləkli, Təklə, Dəlilər, Qaraqoyunlu və Kəndoba kəndlərinə gediş-gəlişin asanlaşmasına, marşrut boyu yaşayan əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
370 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü...
  • 12 saat əvvəl
  • 68
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14...
  • 1 gün əvvəl
  • 135
Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib
“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə...
  • 1 gün əvvəl
  • 141
Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.Bu...
  • 1 gün əvvəl
  • 145
Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç...
  • 1 gün əvvəl
  • 148
Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk...
  • 1 gün əvvəl
  • 153