Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Aİ Şurası yeni Şengen sərhəd məcəlləsini təsdiq edib, sənəd daxili və xarici sərhədlərin idarə olunmasını, eləcə də şəxslərin sərhəd nəzarətini tənzimləyir. Yeni islahat Şengen zonasının xarici sərhədlərindəki indiki və gələcək böhranlara davamlılığının artırılmasında mühüm rol oynayacaq.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Aİ Şurası tərəfindən təsdiqlənmiş reqlament sayəsində “ictimai səhiyyə sahəsində irimiqyaslı fövqəladə vəziyyət halında üçüncü ölkə vətəndaşlarının Avropa İttifaqına çıxışını məhdidlaşdıran ümumavropa tədbirlərinin” qəbul edilməsinə imkan verir.

Bundan başqa, reqlamentlə “miqrantların bir üzv dövlətdən digərinə təkrar keçməsinə qarşı mübarizə aparmaq imkanı verəcək” prosedur tətbiq edilir.

Yeni məcəllə çərçivəsində Aİ-nin daxili sərhədlərində nəzarət uzağı iki il, müstəsna hallarda 2.5 il müddətinə qüvvədə qala bilər.

Aİ Şurasının qərarı Avropa İttifaqının “Rəsmi jurnalı”nda dərc edildikdən sonra qüvvəyə minir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
466 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 35 dəq. əvvəl
  • 10
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45