Akademik Şahin Mustafayev Macarıstanda keçirilən Hun-Türk Qurultayında çıxış edib

Akademik Şahin Mustafayev Macarıstanda keçirilən Hun-Türk Qurultayında çıxış edib

Macarıstanın Buğac şəhərində Hun-Türk Qurultayının rəsmi açılış mərasimi keçirilib.

Beynəlxalq Türk Akademiyasından bildirilib ki, açılış mərasimində Macarıstan parlamentinin vitse-spikeri Şandor Lezsak, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un baş katibi Sultan Raev, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, “Macar-Turan” Beynəlxalq Fondunun prezidenti Andraş Biro və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Qurultayda vaxtilə tarixi Turanda məskunlaşan geniş Avrasiya çölünün xalqlarının zəngin mədəni və tarixi irsi nümayiş etdirilib.

Mərasimdə akademik Şahin Mustafayev qurultayın hun-türk sivilizasiyasının ayrılmaz tərkib hissəsi və çöl dövlətçiliyinin həlledici institutu kimi əhəmiyyətini vurğulayıb. Bildirib ki, keçmişdə xalqların taleyinə təsir edən əsas qərarların, o cümlədən xaqanın seçilməsi ilə bağlı qərarların qəbul edildiyi qurultaylar olub. Şahin Mustafayev Avropanın mərkəzində bu ənənəni qoruyub saxladıqlarına və davam etdirdiklərinə görə macar həmkarlarına minnətdarlığını bildirib.

Qurultayın açılışı çərçivəsində Macarıstan və türk ölkələri arasında əməkdaşlığa həsr olunmuş elmi forum da keçirilib. Forumda hun-türk xalqlarının tarixinə dair ortaq anlayışın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, bu mövzunun davamlı öyrənilməsi və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Elmi forumda çıxış edən akademik Şahin Mustafayev türk ölkələrinin tarixinin vahid konsepsiyasının yaradılmasının vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Beynəlxalq Türk Akademiyası bu sahədə əməkdaşlığı inkişaf etdirmək və tarixi biliklərin mübadiləsini asanlaşdırmaq üçün hər il türk dövlətçilik tarixi ilə bağlı qurultaylar keçirir. Şahin Mustafayev tədbir iştirakçılarına xatırladıb ki, ötən il qurultay Bişkekdə olub, bu il isə tədbirin Almatıda keçirilməsi planlaşdırılır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
23 gün əvvəl
365 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü...
  • 11 saat əvvəl
  • 62
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14...
  • 1 gün əvvəl
  • 130
Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib
“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə...
  • 1 gün əvvəl
  • 135
Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.Bu...
  • 1 gün əvvəl
  • 140
Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç...
  • 1 gün əvvəl
  • 143
Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk...
  • 1 gün əvvəl
  • 148