Aksiyon filmləri - Mütləq izləməyiniz gərəkən ən yaxşı 20 aksiyon serialı

Ən yaxşı aksiyon filmlərinin siyahısını hazırlamışıq. Qüsursuz senariləri və möhtəşəm aktyor heyəti ilə önə çıxan həmin aksiyon serialları sizə təqdim edirik.

IMDb balına görə də fərqlənən bu aksiyon serialları izləməyiniz tövsiyə olunur.

1. Hawaii Five-O (2010) - IMDb: 7,3

Hawaii Five-O

Serialda Havayda fəaliyyət göstərən xüsusi polis qüvvələri təsvir olunub. Baş rollarda Alex O'Loughlin, Scott CaanChi McBride çəkiliblər. Rejissorlar isə Alex KurtzmanPeter M. Lenkovdur.

Treyler

2. Star Trek Discovery (2017) - IMDb: 7,4

Star Trek Discovery

Serialda USS Discovery komandasının yeni dünyalar və millətlər kəşf etməsindən bəhs olunur. Alex Kurtmanın rejissorluq etdiyi serialda Doug Jones, Anthony Rapp, Jason Isaacs, Sonegula Martin-GreenMary Wiseman kimi aktyorlar rol alıb. 3 mövsümdür yayımlanan serialın yeni sezonu tezliklə təqdim ediləcək.

Treyler

3. Arrow (2012-2020) - IMDb: 7,6

Arrow

Gənc və varlı Oliver Queen həyatı boyu bir çox səhv edib. Onun dənizdə batdığı zənn edilir, ancaq 5 il adada qalan Oliver nəhayət evinə qayıdır. O, günahlarını yumaq məqsədilə cinayətkarlarla mübarizə aparır. Serialda baş rolu Stephen Amell ifa edib, rejissorları isə Andrew Kreisberg, Greg BerlantiMarc Guggenheimdir.

Treyler

4. Titans (2018) - IMDb: 7,8

Titans

Super qəhrəmanların əhvalatları təsvir olunmuş serialda bir qrup gənc qəhrəman olmaq üçün ubarizə aparır. Senaristi və rejissoru Greg Berlanti, Akiva GoldsmanGeoff Johnsonun olduğu serialda Brenton Thawaites, Anna DiopTeagan Croft çəkiliblər.

Treyler

5. Chicago Fire (2012) - IMDb: 7,9

Chicago Fire

Ən çətin peşələrdən biri olan yanğınsöndürənlik serialın əsas mövzusudur. Adrenalin həvəskarı Kelly Severide və komandasının alovların arasında necə mübarizə aparması öz əksini tapıb. Serialda Jesse Spencer, Taylor KinneyDavid Eigenberg kimi aktyorlar çəkilib. Rejissor Michael Brandtdır.

Treyler

6. The Umbrella Academy (2019) - IMDb: 8,0

The Umbrella Academy

Valideynlərini itirən 6 uşağı bir adam himayəyə götürür. Xüsusi bacarıqları olan uşaqlar böyüdükcə bir-biriləriylə yola getmirlər. Onları övladlığa götürən şəxsin müəmmalı ölümü onları birləşdirir. Serialın rejissoru Steve Blackmandır. Baş rollarda Ellen Page, Tom HopperRobert Sheehan çəkilib.

Treyler

7. Altered Carbon (2018) - IMDb: 8,1

Altered Carbon

Serialda insan ruhunun başqa bədənə köçürülə bildiyi gələcək təsvir olunub. Takeshi Kovacs edilən hücumdan xilas olmağı bacaran yeganə şəxsdir. Onun buzla örtülü bədəni yüz illərlə mühafizə edilib. Nəhayət, oyandırılan Takeshi azadlıq əldə etmək üçün 2 çətin cinayəti həll etməlidir.

Treyler

8. Jack Ryan (2018) - IMDb: 8,1

Jack Ryan

Agent Jack Ryan şübhəli pulları əldə etmək istəyənləri təbit edir. O, cinayətkarların izinə düşür. Avropa və Orta Şərqdə onları axtaran Jack terrorçuların ABŞ-a hücum edəcəyini öyrənir.

Treyler

9. Strike Back (2010) - IMDb: 8,2

Strike Back

Məşhur rejissor Andy Harriesin ən yaxşı seriallarından olan "Strike Back"də ABŞ-İraq müharibəsi zamanı əsgər olan və uğursuz əməliyyat nəticəsində ordudan qovulan John Porterin 7 il sonra geri dönüşündən bəhs olunur. Serialda Warren Brown, Sulivan StapletonDaniel MacPherson kimi aktyorlar rol alıb.

Treyler

10. The Last Kingdom (2015) - IMDb: 8,3

The Last Kingdom

Stephen Burchardın rejissoru olduğu serialda İngiltərə kralı olan atasının öldürülməsindən sonra illərlə Paganların əsiri olan və sonra torpaqlarına qayıdan Uthredin macəraları təsvir olunub. Uthredi öldürmək istəyən əmisi Kont Ragnarın ölümündə məhz onu günahlandırır. Buna görə həm ingilislər, həm də Paganlar Uthredi öldürmək istəyirlər. Lakin Wessex kralı Alfred onu himayəsinə götürür.

Treyler

11. Kiling Eve (2018) - IMDB: 8;3

Kiling Eve

Təhlükəsizlik xidmətində çalışan gənc qadın Eve ömrü boyu agent olmaq istəyir. Vilanelle isə lüks həyat tərzi keçirən bir qatildir. Serialda bu ikilinin mübarizəsi təsvir olunub. Baş rollarda Sandra OhJodie Comer çəkilib. Rejissor Phoebe Waller-Bridgedir.

Treyler

12. The Witcher (2019) - IMDb: 8,3

The Witcher

Lauren Schmitt Hissrichin əfsanəvi serialı həm gözəl senarisi, həm də aktyor heyətiylə diqqət çəkir. Fantastik hekayə də yüz illərdir birlikdə yaşayan insanlar, cücələr və elflərin dostluğunun bitməsiylə başlayan müharibə öz əksini tapıb. Əsas obraz olan Geralt of Rivia vəd edilən uşağı taparaq dünyadakı güc balansını dəyişdirmək istəyir.

Treyler

13. La Casa de Papel (2017) - IMDb: 8,5

La Casa de Papel

Netflix-də yayımlanan serial çoxlu sayda izləyici qazana bilib. Professor ləqəbli şəxsiz qüsursuz hazırladığı soyğun planları üçün ölkənin ən yaxşı cinayətkarlarını bir araya gətirir. Ancaq gözlənilməz olaylar qrupu böyük çətinliklərlə üzləşdirir. Serialın rejissoru Alex Pina. Alvaro Morte, Ursula CorberoPedro Alonso serialda çəkilib.

Treyler

14. Marvels The Punisher (2017-2019) - IMDb: 8,5

Marvels The Punisher

2 mövsüm yayımlanan serialda arvadı və uşaqlarının öldürülməsindən sonra intiqam almağa çalışan Frank Castlenin həyatı öz əksini tapıb. Nyu-Yorkun yeraltı dünyasını didib-dağıdan "The Punisher" ləqəbli Frank Castle təkcə öz intiqamı üçün deyil, bütün ədalətsizlikləri aradan qaldırmaq üçün döyüşür. Serialda Jon Bernthal, Ben Barnes və Amber Rose Revah kimi aktyorlar çəkilib.

Treyler

15. Spartak: Qoca qadın və qum (2010-2015) - IMDb: 8,5

Spartak: Qoca qadın və qum

Romanın əfsanəvi qəhrəmanı olan Spartakın məharəti serialın əsas mövzusudur. Məmləkətindən və sevdiyi qadından ayrı salınan Spartak qladiator olur. Bütün gücüylə döyüş meydanına atılan Spartak Roma arenalarının ən böyük serialı olur.

Treyler

16. Justified (2010-2015) - IMDb: 8,6

Justified

Baş rollarda Timothy Olyphahant, Nick SearcyJacob Pittsin çəkildiyi serialda polis macərası əks olunub. Federal şerif Raylan Givens Mayamidə işləyən zaman canını qurtarmaq üçün bir cinayətkarı insanların gözləri önündə öldürür. Bundan dolayı başqa bir qəsəbəyə göndərilən Raylan Kentukkinin Harlah qəsəbəsində fəaliyyət göstərir.

Treyler

17. Vikings (2013) - IMDb: 8,6

Vikings

Viking tarixinin əfsanələrindən olan Ragnar Lothbrokun həyat hekayəsindən bəhs olunan dövrdə Skandinaviyada yaşanan müharibələr də öz əksini tapıb. Sadə bir əkinçi olan Ragnar Lothbrok cəsarəti və ağlı sayəsində Skandinaviya kralı olur. Serialda vikinq tarixinin bilinməyən tərəfləri təsvir olunub.

Treyler

18. The Boys (2019) - IMDb: 8,7

The Boys

Fərqli senarisi ilə diqqət çəkən serialda pis məqsədlər üçün istifadə olunan super qəhrəmanları öldürmək istəyən bir qrup insandan bəhs olunur. Serialda Karl Urban, Jack QuaidAntony Starr kimi aktyorlar çəkilib. Rejissorlar Evan GoldbergSeth Rogendir.

Treyler

19. The Mandalorian (2019) - IMDb: 8,8

The Mandalorian

Məşhur rejissor və senarist Jon Favreaunun əsəri olan "The Mandalorian" serialı Star Wars planetində baş verən əhvalatdan bəhs edir. Serialda baş rolları Pedro Pascal, Gina CaranoGiancarlo Esposito ifa ediblər.

Treyler

20. Game of Thrones (2011-2019) - IMDb: 9,3

Game of Thrones

D.B. WeissDavid Benioffun rejissorluğu ilə çəkilən serial xüsusi məşhurluq qazanıb. Serialda taxt uğrunda böyük mübarizə və fantastik varlıqlarla baş verən döyüşlər öz əksini tapıb. Eşq hekayələrinin də təsvir olunduğu serialda baş rollarda Emilia Clarke, Kit HaringtonPeter Dinklage çəkiliblər.

Treyler

Məqaləyə emosiya bildir:
3 il əvvəl
5095 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 961
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5692
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1744
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2368
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6850
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2522