Alimlər: Siklonların güclənməsi dəniz quşlarının tələf olması ilə nəticələnəcək

Alimlər: Siklonların güclənməsi dəniz quşlarının tələf olması ilə nəticələnəcək

Ekoloqlar və klimatoloqlar Avstraliya sahillərində qlobal istiləşmə nəticəsində siklonların tezliyinin artması və güclənməsinin sahilyanı ərazilərdə yuva quran dəniz quşlarının sayının kəskin azalmasına səbəb olacağına dair sübutlar aşkar ediblər.

AZƏRTAC “Communications Earth & Environment” jurnalında dərc olunan məqaləyə istinadla xəbər verir ki, 2023-cü ilin aprelində “İlsa” siklonu Avstraliyanın qərb sahillərindəki Bedout adasından keçdikdə, burada bütün bitki örtüyü məhv olub. Müşahidələr göstərib ki, bu təbii fəlakət nəticəsində freqat quşlarının populyasiyasının 80-90 faizi də tələf olub. Bu, deməyə əsas verir ki, qlobal istiləşmə ilə əlaqədar siklonların belə tezliyi və intensivləşməsi bir çox dəniz quşları populyasiyasının sağ qalma şansını xeyli azaldacaq.

Bu qənaətə Çarlz Stuart Universitetinin tədqiqatçısı Cennifer Laversin rəhbərlik etdiyi bir qrup avstraliyalı və britaniyalı klimatoloq güclü tropik “İlsa” siklonunun Avstraliyanın qərb sahilinə bitişik Hind okeanının şərq rayonlarından keçməsinin nəticələrini öyrənərkən gəlib. Bu siklon səkkiz indoneziyalı balıqçının həyatına son qoyub, həmçinin regionun bir neçə ölkəsinin infrastrukturuna ciddi ziyan vurub.

Alimlər qrupu “İlza” siklonunun hərəkət marşrutunda yerləşən Bedout adasının flora və faunasının bu zərbəyə nə dərəcədə tab gətirməsi ilə maraqlanıb. Bu cür məlumatları əldə etmək üçün klimatoloqlar 2023-cü ilin aprelində fəlakətdən əvvəl adada fəal şəkildə yuva quran quşların sağ qalan populyasiyalarının sayını müəyyən etmək üçün bir neçə ekspedisiya təşkil ediblər. Onlar ilk səfərlərdə əvvəllər Bedoutda yuva qurmuş bir canlı quş da tapmayıblar. Sonrakı ekspedisiyalar zamanı tədqiqatçılar hər iki növün yalnız az sayda cütlərini, habelə alimlərin fikrincə, ümumi sayı 20 mindən çox olan ölü quş cəsədlərini aşkar ediblər. Məlum olub ki, quşların populyasiyası 5-10 dəfə azalıb və bu, Avstraliyanın qərbində hərəkət edən əvvəlki iki tropik siklon – “Corc” və “Stan” tərəfindən vurulan zərəri daha da artırır. Ekoloqların fikrincə, Bedout adasının nümunəsi göstərir ki, qlobal istiləşmə nəticəsində belə fəlakətlərin tezliyinin artması və intensivləşməsi bütün dünyada çoxlu sayda tropik dəniz quşlarının populyasiyalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
462 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 31 dəq. əvvəl
  • 8
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 47 dəq. əvvəl
  • 9
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 2 saat əvvəl
  • 15
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 26
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 29
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 40