Almaniyada deportasiyaların sayı əhəmiyyətli dərəcədə artıb

Almaniyada deportasiyaların sayı əhəmiyyətli dərəcədə artıb

Almaniya federal hökuməti bu ilin ilk üç ayında 4700-dən çox deportasiya qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 34 faiz çoxdur.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, mart ayının sonuna qədər Almaniyadan ümumilikdə, yaşayış statusu olmayan 4791 nəfər deportasiya edilib. Bu barədə “Neue Osnabrücker Zeitung” (NOZ) gündəlik qəzeti federal hökumətin məlumatlarına istinadla yazıb.

Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü il ərzində Almaniyadan 16 430 nəfər deportasiya olunub.

Hökumətin hesabatında qeyd olunur ki, 2024-cü ilin yanvar-mart aylarında vətəndaşları geri qaytarılan ölkələr arasında birinci yeri 483 nəfərin deportasiya olunduğu Şimali Makedoniya tutub. Sonrakı yerləri Gürcüstan (416 nəfər), Əfqanıstan (345 nəfər), Serbiya vətəndaşları (312 nəfər) tutur.

Eyni zamanda, qeyd etmək lazımdır ki, bəzi hallarda planlaşdırılan deportasiyaları həyata keçirmək, bu ilin birinci rübündə 7048 nəfəri deportasiya etmək mümkün olmayıb. Nəşrin yazdığına görə, ya miqrantların bir çoxunu tapmaqla bağlı problemlər yaranıb, ya da aviareyslər ləğv edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
486 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 14 dəq. əvvəl
  • 6
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 17
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 26
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 34
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 37
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 44