Almaniyada naməlum şəxs festivalda üç nəfəri qətlə yetirib
Almaniyanın Zolingen şəhərində təşkil olunan festival iştirakçılarına silahlı hücum olub.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bıçaqlı hücum nəticəsində üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.
Qanlı hadisədən sonra şəhər festivalı ləğv edilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələri cəlb olunublar. Polis hadisəni törətdikdən sonra qaçan şəxsin yaxalanması üçün genişmiqyaslı əməliyyat tədbirlərinə başlayıb. Əraziyə 40-dək xüsusi texnika göndərilib.
Əhaliyə təhlükəsizlik tədbirlərinə əməl etmələri, şəhər mərkəzinə getməmələri barədə ciddi xəbərdarlıq olunub.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
22 gün əvvəl
385 dəfə oxundu
385 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)