AMB-nin vəzifəli şəxsləri Sabirabadda vətəndaşlarla görüşüb
Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) görülən mütəmadi tədbirlərin davamı olaraq Sabirabad rayonunda vətəndaşların səyyar qəbulunu həyata keçirib.
AMB-dən bildirilib ki, vətəndaşların müraciətləri əsasən həyat sığortası, kreditin istənilməsi, kredit borcuna güzəşt olunması, qalıq kredit borc barədə məlumatın öyrənilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmə günlərinin silinməsi ilə bağlı olub.
Görüş zamanı vətəndaşların müraciətləri dinlənilərək müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə öz həllini tapıb. Əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşlara ərizə tərtib etmələri üçün dəstək göstərilib.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
25 gün əvvəl
393 dəfə oxundu
393 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)