
Ana haqqında şeirlər
Ana haqqında gözəl videolar, ana haqqında duyğusal şeirlər, ana haqqında gözəl sözlər, analar haqqında təsirli şeirlərdən ibarət videoları araşdırdıq. Ana üçün topladığımız videoları və şeirləri sizə təqdim edirik.
Təbiətin ən böyük möcüzəsi anadır. Ana haqqı ödənməz, dünyada ananın tayı, bərabəri ola bilməz! Ən uca və ən dərin sevgi, ana sevgisidir. Ana haqqında paylaşdığımız videoları telefonunuza endirərək whatsapp statusda, instagram hesabınızda paylaşa bilərsiniz.
Ana haqqında qəmli şeir 2020
Aytac İsgəndərli - Ana şeiri

Nuray İracova ana haqqında şeir

Yaman darıxıram səninçün Ana,
Başımı dizinə qoymağım gəlir.
Körpə uşaq kimi, sarılıb sənə,
Həsrətin gözünü oymağım gəlir.
Elə kövrəlmişəm bu axşam yenə,
İstərəm bir layla deyəsən mənə.
Astaca başımı qoyub sinənə,
Sanki bir bulud tək dolmağım gəlir.
Elə həsrətəm ki, şirin sözünə,
Üzümü söykəyəm, nurlu üzünə.
Uşaq tək gözümü dikib gözünə,
Elə bax beləcə qalmağım gəlir.

Bir qadın yol gedir..

Səfa Mehdi ana şeiri

Baxıram Anama,qocalır Anam
Baxıram gözünün nuru azalıb
Mənim varlığımdan güc alır Anam,
Qırışlar üzündə cığırlar salıb.
Daha tez yorulur,əvvəlki deyil,
Ağacdan alma tək dərir nəfəsi.
Ox kimi qəlbimə batır elə bil,
Bilmirsən bu zaman hara tələsir.
Oturur,baxıram yatıb eləcə,
Başını sinəmə qoyub,öpürəm.
Mən körpə olanda yatmayıb,Necə
Gör necə Anama zülüm vermişəm.

Ən gözəl ana şeirləri
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

“Yuxun şirin olsun”–deyərdin mənə,
“Yuxun şirin olsun”–deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?

Üzeyir Mehdizadə ana şeiri


Ana haqqında gözəl muğam

Ana darıxmışam yaman :(

Afaq İlyas Ana şeiri

Gözəl fon musiqisində ana üçün dua..

Dostlarınla paylaş:
3853 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (13)
Cox gozel anar muqeddesdi
Allah bütün anaları qorusun . Onlara uzun ömür, cansağlığı versin .
bu şeiri bütün analara ən əsasida öz anama vəsv edirəm Həyatta yerini heç kim tutamaz Həyatin meyvəsi baridir ANA Dünyada müqəddəs heç kim olamaz Müqəddəs birALLAH birdəki ANA. Çətin anlarimda yanimda olan Xəstə olduğumda baçimda duran Bir yerə gedəndə nigaran qalan Dünyada övlada memardir ana övladin biricik dostudur ANA ALLAH BÜTÜN ANALARİMİZA CAN SAĞLİĞİ VERSİN AMİNN *İNŞALLAH*
VE VİDEOLARINIZ GOZEL İDİ ÇOX SAĞ OLUN GÜLBENİZ XALA ALLAH SİZİ QORUSUN
ALLAH bütün anları ataları qorusun AMİN
canim anam seni coooox sevirem
allah butun analarin canin sag elesin♥️
Anam ALLAHIN mənə verdiyi ən dəyərli möcüzədi.ALLAH bütün valideyinləri qorusun.AMİN
Allah tum valideynlerini qorusun menimde valideynleride Amin
Allah haminin valideynlerini qorusun menim valideynlerini de Amin