Analar günü ilə bağlı ən yaxşı təbriklər, gözəl sözlər
Bu məqaləmizdə ən gözəl analar günü təbriklərini, analarla bağlı ən gözəl sözləri bir araya gətirmişik. Dəyərli analarımıza duyğusal və təsiredici sözlər göndərmək istəyirsinizsə, materialımızdan yararlana bilərsiniz.
Ən gözəl 5 analar günü təbriki
1. Sözlərlə ifadə edilə bilməyən fədakarlığı və qarşılıqsız sevgini təsvir etsəydilər, düşünmədən "ANA" deyə cavab verərdim. Analar günün mübarək, əziz anam.
2. Məsafələr uzaq olsa da, ürəyim həmişə səninlədir, əziz anam. Analar günün mübarək!
3. Ananı sevmək cənnəti sevəkdir. Çünki ana sevgisi cənnətə açılan ən qiymətli qapılardan biridir.
4. Bir qadını bəzəyi və makiyajı deyil, analığı gözəlləşdirir. Bütün analarımızın günü mübarək.
5. Həyatımdakı ən qiymətli varlığım, anam. Analar günün mübarək.
Analar günü mesajları və sözləri
Analıq, bütün cildləri və dəyişiklikləri ilə elm deyil, sənətdir.
Ananıza xidmət edin; çünki cənnət anaların ayaqları altındadır.
Heç vax unudulmayacaq üz ana üzüdür.
Mənə yaxşı analar verin, sizə yaxşı vətəndaşlar verim. Napoleon Bonapart
Dünyanın ən gözəl, ən yaxşı anası, analar günün mübarək!
Dünyada heç kim məni sənin qədər sevə bilməz. Mənə həqiqi sevgini daddırdığına görə sənə təşəkkür edirəm. Mən səni sevirəm. Analar günün mübarək, mələyim.
Əziz Anam! Analar günün mübarək. Mən həmişə sənin kiçik körpənəm.
Həyatım boyunca həmişə məni dəstəklədin və ruhlandırdın. Analar günün mübarək!
Sarılmağa ehtiyacım olanda qolların hər zaman mənə açıqdır. Bir dosta ehtiyacım olanda həmişə yanımdasan. Bir dərsə ehtiyacım olanda sən ən yaxşı müəllimsən. Sənin gücün və məhəbbətin həmişə mənə stimul verir. Analar günün mübarək!
Əziz anam, ürəyindəki sonsuz sevgi və səbr üçün çox təşəkkür edirəm. Analar günün mübarək!
Analar günüylə bağlı ən gözəl şəkilli sözlər
Gücümə güc, ümidimə ümid qatan anam. Analar günün mübarək!
Sən mənim ilham mənbəyimsəm. Mən də sənin kimi ana olmağa çalışıram. Analar günün mübarək!
Yaxşı bir insan olmaq üçün mənə lazım olan hər şeyi öyrətdin. Sən təkcə mənim anam deyilsən, həm də müəllimimsən. Analar günün mübarək!
Analar günün mübarək, əziz anam. Mənim anam olduğuna görə çox xoşbəxtəm. Həmişə mənə inandığın və mənim üçün etdiyin hər şey üçün təşəkkür edirəm. Mən səni sevirəm!
Məni məndən çox sevdiyinə inandığım insan - ANAM, əllərindən öpürəm.
Analar günü ilə bağlı təsirli sözlər
Mənə gözlərinlə deyil, ürəyinlə baxsaydın, səni nə qədər çox sevdiyimi çox yaxşı başa düşərdin.
Analar günün mübarək, canım anam.
Sənin sevgin işıqlandıran yeganə günəşdir. Bilirəm ki, işığın azalmayacaq. Varlığından məmnunam.
Sən varkən mən yox idim. Sən ackən mən tox idim. Həmişə başımın tacı olacaqsan. Mən səni həmişə sevəcəyəm, əziz anam.
Göydə bir ulduz axar, arzu tutarıq. Anamın bütün arzuları mənimlə bağlıdır. Əllərindən öpürəm, əziz anam.
Sən mənim həyatımın qütb ulduzu oldun. Hara getsəm də, işığın altında sevgiylə yatdım. Düzgün yolu tapdım. Mən səni sevirəm
Nəhayətsiz sevgiylə məni sevən anam, sənə layiq olmaq üçün yaşayıram. Analar günün mübarək.
Dilimdəki və beynimdəki ən gözəl söz sənin adındır. Hər dəfə sənə səslənəndə ağrılarım azalır, sevgim yenidən canlanır. Analar günün mübarək.
Səbrlisən, istisən, şəfqətlisən, bağışlayansan... Səni çox sevirəm.
Sənə min dəfə təşəkkür etsəm də azdır. Sən mənim həyat işığımsan. Varlığımın tək səbəbimsən.
Qarşılıqsız tək sevgi sənin bizə olan sevgin imiş. İndi daha yaxşı başa düşürəm, ana. Biz səni çox sevirik. Əllərindən öpürük.
Ana kimi yar olmaz, Bağdad kimi diyar olmaz.
Allah anamı qorusun. Hər şeyimi ona borcluyam.
Məndən oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsalar, "ANAM" deyə cavab verərəm.
Anam indiyə kimi gördüyüm ən gözəl qadın idi... Hər şeyi anama borcluyam. Corc Vaşinqton
Dünyadakı hər yaxşı şey ananın əsəridir. Mustafa Kamal Atatürk
Fəzilətlə xoşbəxtlik ana və qızı kimidir. Benjamin Franklin.
Qadına hörmət edin. Çünki o, insanlığın anasıdır. Hz. Əli
Kişilər analığın nə demək olduğunu bilməzlər.
Analar hər şeyi görməsələr də, ürəkləri ilə duyarlar.
Döyüşən anam idi. Oxumağımı və yüksəlməyimi təmin etmək üçün döyüşən. Mənim anam yenilməzdir!
Anamı necə sevməyə bilərəm ki, o məni bir müddət qarnında, qucağında, ölənədək qəlbinin ən mərhəmətli guşəsində saxlayıb. Ona hörmətsizlik göstərməkdən daha alçaq bir hərəkət tanımıram.
Məqaləyə emosiya bildir:
34339 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (5)
Bir gün deyil bütün günlər sənin olsun canım anam
Çoxx gözəldi
Canım Anam səni dunyalar qədər sevirəm Yaxşı ki, varəmsan və yaxşı ki, mənim anamsan
Menim mellimim deyib ki analar gunune aid sozler tapin ve mene getirin burada sadece 2-si xoşuma gəldi ama yenə də bu sözləri çox sevdim!
Goturmey olar