Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli konsert keçirilib

Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli konsert keçirilib

Mayın 25-də Türkiyə Beştəpə Prezident kompleksi nəzdində Milli Konqres Mərkəzində Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Türkiyə hökumət üzvləri və parlamentinin deputatları, diplomatik korpusun nümayəndələri, yüksək rütbəli zabitlər, hərbi məktəblərin kursantları, Azərbaycan diaspor fəalları, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov 106 il əvvəl əsası qoyulmuş və İslam dünyasında ilk demokratik dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) irsinin əhəmiyyətinə diqqət çəkib, Azərbaycan dövlətçiliyinin formalaşmasında ACX-nin yaradıcılarının rolunu qeyd edib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı tarixi xidmətlərini xüsusilə qeyd edən səfir, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə qardaşlıq bağlarının və strateji əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfənin danılmaz olduğunu vurğulayıb.

Rəşad Məmmədov Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı müasir Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkənin uğurları bütün sahələrdə, o cümlədən Silahlı Qüvvələrin qurulması sahəsində özünü göstərib.

"Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın igid ordusu dahi Heydər Əliyevin vəsiyyətini yerinə yetirib və işğal olunmuş torpaqları azad edib. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik", - deyə diplomatik missiyanın rəhbəri vurğulayıb.

Rəşad Məmmədov xatırladıb ki, Vətən müharibəsi günlərində Türkiyə, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın erməni işğalçılarına qarşı ədalətli mübarizəsinə qətiyyətlə dəstək verib.

"Biz dost ölkəyə və onun rəhbərliyinə səmimi qəlbdən minnətdarıq. Dəstək həmrəyliyini unutmayaq! Biz "bir millət, iki dövlət"ik. Azərbaycan və Türkiyə həm kədər, həm də sevinc anlarında birlikdədirlər", - deyə səfir bildirib.

Daha sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ankara və Bakının bütün türk dünyasının maraqları naminə səylərinin daha sıx birləşməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, türk dövlətləri addım-addım yeni qlobal güc mərkəzinə çevrilir. Türkiyə parlamentinin spikeri türk ölkələrinin ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini alqışlayıb və qeyd edib ki, bu gün dünyada mühüm geosiyasi dəyişikliklərin baş verdiyi bir vaxtda türk dünyasının həmrəyliyinin və birliyinin əhəmiyyəti artır.

"Türk dünyasının yeni qlobal güc mərkəzinə çevrilməsini qaçılmaz hesab edirəm. Əminəm ki, ölkələrimizin birliyi planetdə sülhün təmin olunmasına sanballı töhfə verəcək", – deyə Kurtulmuş Türk Dövlətləri Təşkilatının və TürkPA-nın türk dünyasında inteqrasiya proseslərinin irəliləməsində roluna işarə edərək bildirib. Kurtulmuş Türkiyə və Azərbaycanı bu proseslərdə əsas hərəkətverici qüvvələrdən biri adlandırıb.

Türkiyə parlamentinin spikeri müasir Azərbaycanın nailiyyətlərini alqışlayıb, iki qardaş ölkə rəhbərliyinin Azərbaycanın tarixi torpaqlarının azad edilməsinə verdiyi töhfəni vurğulayıb.

"Cəmi 44 gün ərzində Azərbaycan Qafqaz regionunun ən mürəkkəb problemini həll edib – Qarabağı çoxillik erməni işğalından azad edib", – deyə Kurtulmuş vurğulayıb.

Parlamentin spikeri hər iki ölkə arasında münasibətləri bütün sahələrdə, o cümlədən təhsil, idman və mədəniyyət sahələrində bundan sonra da inkişaf etdirməyə çağırıb.

"Türkiyə və Azərbaycan xalqları vahid türk dünyasının hissələridir. Gələcək nəsillərə daha güclü və inkişaf etmiş dövlətləri ötürmək üçün mümkün olan hər şeyi etmək vacibdir", - deyə Kurtulmuş bildirib.

Daha sonra Azərbaycan dövlətinin nailiyyətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir incəsənət xadimləri Çinarə Məlikzadə, Sahib Paşazadə, Kənan Qədimov və Aynur İsgəndərlinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib. Azərbaycan Dövlət Filarmoniyasının xalq rəqsləri ansamblının çıxışı gurultulu alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində iki qardaş ölkə Azərbaycan və Türkiyənin əməkdaşlığı mövzusunda fotosərgi açılıb.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
20 gün əvvəl
403 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib
Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.ILK.AZ Azərtac-a...
  • 57 dəq. əvvəl
  • 19
Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir
“Ukraynada “davamlı sülh”ün bərqərar olması Kiyev üçün məqbul şərtlərlə baş...
  • 2 saat əvvəl
  • 27
Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır
“Amerika Birləşmiş Ştatları yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski...
  • 3 saat əvvəl
  • 36
TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru
Xəbər verdiyimiz kimi, iyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı...
  • 6 saat əvvəl
  • 49
15 iyun tariximizin ən parlaq səhifələrindən biridir
15 İyun - Milli Qurtuluş Günü Ümummilli Liderin adı il bağlı olan tarixi gündür....
  • 6 saat əvvəl
  • 51
Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək
Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək.AZƏRTAC Qazaxıstanın milli...
  • 8 saat əvvəl
  • 56