Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Mayın 7-də Ankaranın Qazi Universitetində təşkil olunmuş beynəlxalq simpoziumun iştirakçıları Qərbi Azərbaycanda yerli əhalinin öz evlərinə qaytarılması, onların hüquqlarının təmin olunması və deportasiya olunmuş azərbaycanlılara təzminat ödənilməsi yolu ilə tarixi ədalətin bərpasına çağırıblar.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, “Qərbi Azərbaycanda məcburi miqrasiya” mövzusunda keçirilən simpoziumun təşkilatçıları qismində Qazi Universiteti nəzdində Türk Dünyası Tədqiqatlar və Tətbiqi Təşəbbüslər Mərkəzi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Mədəniyyətlərarası Əlaqələr Assosiasiyası çıxış ediblər.

Tədbirin yekunlarına dair açıqlanan bəyanatda XX əsrin faciəli hadisələrinə, o cümlədən müasir Ermənistan ərazisində azərbaycanlıların tarixi torpaqlarından deportasiyası dalğalarına diqqət çəkilir.

Sənəddə qeyd olunur ki, Cənubi Qafqaz ərazisində Ermənistan dövlətinin yaradılması prosesi çar Rusiyasının işğalı ilə başlayıb. Bəyanatda vurğulanır: “Ermənilər Rusiyanın dəstəyi ilə dövlət qurublar, Qərbi Azərbaycanın etnik xəritəsinin dəyişdirilməsi məqsədi ilə isə Cənubi Qafqaza Osmanlı imperiyası və İrandan minlərlə enik erməni gətirilib. Artıq XX əsrin birinci onilliyində Qərbi Azərbaycanda müsəlmanların kütləvi qırğınları törədilib və əhaliyə divan tutulub”.

Sənəddə Sovet İttifaqı dövründə də Qərbi Azərbaycandan yerli əhalinin zorla qovulması istiqamətində atılan sistemli addımlara diqqət yetirilir. “1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlıların deportasiyasının iki dalğası olub. Yüz minlərlə insan öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Ermənilər türklərsiz monoetnik dövlət yarada biliblər”, -deyə bəyanatda qeyd olunur.

Tədbir iştirakçıları arasında Qazi Universitetinin rektoru Musa Yıldız, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev, Türkiyə-Azərbaycan İctimai Birliyinin sədri, Parlamentlərarası dostluq qrupunun İstanbuldan olan deputatı Şamil Ayrım, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqaları olublar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
305 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 52 dəq. əvvəl
  • 15
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 2 saat əvvəl
  • 23
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 3 saat əvvəl
  • 33
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 41
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 4 saat əvvəl
  • 39
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 6 saat əvvəl
  • 48