Anladım ki... Markesdən qısa həyat yolu..
MARKES DEYİR Kİ...
- 15 yaşımda öyrəndim ki, hər şeyi hamıdan yaxşı analar bilir, bəzən də atalar.
- 20 yaşımda anladım ki, əyri işin faydası yoxdur, lap ustalıqla yerinə yetirilsə belə.
- 25 yaşımda bildim ki, çağa ananı səkkiz saatlıq gündüzdən, atanı da səkkiz saatlıq gecədən məhrum edir.
- 30 yaşımda başa düşdüm ki, kişinin cazibəsi gücündə, qadının gücü isə cazibəsindədir.
- 35 yaşımda anladım ki, gələcək insana irsən ötürülən bir şey deyil, özünün yaratdığı bir şeydir.
- 40 yaşımda öyrəndim ki, xoşbəxt yaşamağın sirri sevdiyin işlə məşğul olmaqda deyil, məşğul olduğun İşi sevməkdədir.
- 45 yaşımda anladım ki, insan həyatının 10 faizi başına gələnlərdən, 90 faizi isə onlara verdiyi reaksiyalardan ibarətdir.
- 50 yaşımda bildim ki, kitab insanın ən yaxşı dostu, kor- koranə təqlid isə ən pis düşməndir.
- 55 yaşımda anladım ki, kiçik qərarları beyinlə qəbul etmək lazımdır, böyük qərarları isə ürəklə.
- 60 yaşımda başa düşdüm ki, sevgisiz fədakarlıq etmək olar, amma fədakarlıqsız sevmək əsla mümkün deyil.
- 65 yaşımda bildim ki, insan uzun ömürdən ləzzət ala bilmək üçün lazım olanı yeyəndən sonra istədiyini də yeməlidir.
- 70 yaşımda öyrəndim ki, həyatda əsas məsələ əlində yaxşı kartların olması deyil, pis kartlarla yaxşı oynamağı bacarmaqdır.
- 75 yaşımda bildim ki, insan özünü yetkin saymadıqca kamilləşməkdə davam edir, özünü yetkin zənn edən anda isə bəlaya düçar olur.
- 80 yaşımda anladım ki, sevmək və sevilmək dünyada ən böyük ləzzətdir.
- 85 yaşımda başa düşdüm ki, həyat, doğrudan da, gözəldir.
Qabriel Qarsiya Markes
Məqaləyə emosiya bildir:
5 il əvvəl
8324 dəfə oxundu
8324 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Çox gəşəngdi