Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

Quranın yandırılması ilə bağlı bir sıra aksiyalardan sonra məşhurlaşan ifrat sağçı siyasətçi Rasmus Paludan İsveçdə bu yaxınlarda yaradılan "Folklistan" Partiyasından Avropa İttifaqı seçkilərində, həm də partiya yoldaşlarının razılığı olmadan namizədliyini irəli sürüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Danimarka və İsveç vətəndaşı olan Paludan Avropa İttifaqına seçkilərdə açıq siyahıda qeydə alınmış 500-dən çox namizəddən biridir.

“Seçkilər öncəsi açıq siyahıdan istifadə etmək qərarına gəldik, 500-dən çox insan namizəd olmaq arzusunu bildirdi. Onların arasında öz işinə səmimiyyətlə yanaşan gözəl insanlar var. Lakin açıq siyahı həm də Paludan kimi səfehlərə namizəd olmaq imkanı verir”, – deyə Folklistan partiyasının qurucularından Sara Skittedal deyib.

O, həmçinin Paludanın partiyada xoş qarşılanmadığını və “əsas demokratik dəyərlərə hörmət etmək” tələbinə cavab vermədiyini bildirib.

Paludan Aİ Parlamentində uğur qazana biləcəyini hesab edir. Eyni zamanda, onun bu qərarı şəxsi səbəblərdən qaynaqlanır.

“Avropa Parlamentinə daxil olsaydım, bu, İsveç polisini İsveçdə məni qorumağa məcbur edəcəkdi. Bu gün mən öz ölkəmdə sərbəst hərəkət edə bilmirəm”, - deyə Paludan vurğulayıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
491 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 1 dəq. əvvəl
  • 2
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 17 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37