Apple-ın yeni nümayəndəsi: iPhone 12 Pro-nu incələdik

A14 Bionic çipi sayəsində, digər telefonlarla müqayisədə olduqca güclü olduğunu söyləyə biləcəyimiz iPhone 12 Pro smartfonunun xüsusiyyətlərini araşdırmışıq. Ətraflı məlumatı sizə təqdim edirik.

iPhone 12 Pro texniki xüsusiyyətləri

Ekran: 6.1 düym OLED 1170 x 2532 FHD +
Əməliyyat sistemi: iOS
Prosessor: Apple A14 Bionic
RAM: 6 GB
Kamera: 12 MP + 12 MP + 12 MP
Ön kamera: 12 MP
Daxili yaddaş: 128 GB, 256 GB və 512 GB
Batareya: 2815 mAh
Rəng: Qızılı, Gümüşü, Mavi və Qara

Telefon klassik görünüşə malikdir. 1 gün enerji saxlamaq gücü var. Enerji yığmağa qoyduqda azacıq isinə bilər. Köhnə modellərlə müqayisədə azdır. Fotolarda keyfiyyət fərqi yoxdur. Zəif işıqda çəkilən fotolarda əhəmiyyətli dərəcədə yaxşılaşma var.

iPhone 12 Pro üstünlükləri

1. Yüksək performanslı Apple A14 Biaonic çipinə sahib olan iPhone 12 Pro, əsas prosessor tərəfində 3.0 Ghz Firestorm istifadə edir. Eyni zamanda, bu modeldə 1 koprosessor var. A14 Biaonic çipi telefonun batareyasının ömrünü uzadır.

iPhone 12 Pro üstünlükləri

2. 6 GB Ram yaddaşa sahib iPhone 12 Pro, saxlama tərəfində 128 GB, 256 GB və 512 GB seçimlər təqdim edir. İPhone 12 Pro-da tapa biləcəyiniz LIDAR skaner mühitinizi yaxşı aşkar edə və dərinlik xəritəsi çəkə bilər.

iPhone 12 Pro 6 GB Ram

3. iPhone-un 12 MP + 12 MP + 12 MP kameraları ilə zəif işıqda da keyfiyyətli fotoşəkillər çəkilə bilərsiniz. Ağıllı HDR 3 xüsusiyyəti çəkdiyiniz fotonun işığını, kölgəsini və konturlarını avtomatik olaraq tənzimləyir.

iPhone 12 Pro kamersı

4. Cihaz ultra geniş, geniş və telefoto şəkillər çəkə biləcəyiniz kameraların fərqli xüsusiyyətlərinə malikdir. Ön kamerası 12 MP çözünürlükdə çəkiliş edə bilər. Bu kameralarla 4k video çəkə bilərsiniz.

iPhone 12 Pro haqqında

5. 6,1 düymlük Super Retina XDR ekran 1170 x 2532 FHD piksel görüntü keyfiyyəti təmin edir. 82.29% nisbətli ekranda Corning Ceramic Shield Glass qoruması var. OLED texnologiyası ekrana ən yüksək piksel keyfiyyəti verir.

iPhone 12 Pro necə işləyir

6. 146.77 uzunluq, 71.5 en və 7.4 dərinlik ölçülərinə görə dizayn edilmiş iPhone 12 Pro cəmi 187 qramdır. Telefonun çərçivə hissəsinin hazırlanmasında paslanmayan poladdan, örtük hissəsi üçün şüşədən istifadə olunub.

iPhone 12 Pro 187 qramdır

7. Qrafik tərəfində Apple Quad-Core prosessoru istifadə olunur. Qızılı, gümüşü, mavi və qara rənglərdə olan iPhone 12 Pro 4 fərqli rəng seçiminə malikdir. Bu model 5G-yə qədər əlaqəni dəstəkləyir.

Apple Quad-Core

8. 2815 mAh ölçülü Lithium Ion texnologiyalı batareyanı 20 W ilə tez bir zamanda doldura bilərsiniz. İstəsəniz, MagSafe məhsulları ala və iPhone 12 Pro-nu kabelsiz şarj edə bilərsiniz. Modele Lightning - USB kabeli taxaraq bağlantı qurmaq mümkündür.

iPhone 12 Pro şəkli

9. IPX8 IP6X sertifikatları sayəsində cihaz suya və toza qarşı davamlıdır. Face ID xüsusiyyətindən istifadə edərək telefonu təhlükəsiz hala gətirin.

iPhone 12 Pro Face ID

10. Son aylarda bazara çıxarılan yüksək performanslı iPhone 12 Pro 2800 manata satılır.

iPhone 12 Pro xarakteristikası

Məqaləyə emosiya bildir:
emotion
6
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
4872 dəfə oxundu
ilk.az-çılar nə deyir?