Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Aprel ayında Ukraynaya beynəlxalq yardımın həcmi beş dəfədən çox azalaraq 1,6 milyard dollara enib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Milli Bankının rəsmi hesabatında yer alıb.

Mart ayında Kiyevə təqdim olunan beynəlxalq yardım təxminən 9 milyard dollar təşkil edib, aprel ayında isə Ukrayna Avropa İttifaqından cəmi 1,6 milyard dollar alıb. Milli Bank qrivnanın sabitliyini qorumaq üçün 2,3 milyard dollar xərcləyib və 884,5 milyon dollar dövlət borcunu ödəyib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Qərb dövlətləri Kiyevə milyardlarla dollarlıq silah göndərir, həmçinin hərbi və maliyyə yardımı göstərir. Maliyyə naziri Sergey Marçenkonun sözlərinə görə, 2023-cü ildə Qərbin maliyyə yardımının yalnız dörddə biri qrant şəklində, yəni əvəzsiz verilib. Bu il Ukraynanın büdcə kəsiri 43,9 milyard dollar təşkil edib.

Ukraynanın dövlət borcu 490,1 milyard qrivnaya (143,7 milyard dollara) və ya ümumdaxili məhsulun 80 faizinə çatıb. Qərb dövlətləri borclarını silməkdən imtina edərsə, Ukrayna gələn ilin əvvəlində defoltla üzləşə bilər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
4 ay əvvəl
502 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının...
  • 3 dəq. əvvəl
  • 2
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar...
  • 1 saat əvvəl
  • 18
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu...
  • 2 saat əvvəl
  • 27
Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir
"İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı...
  • 3 saat əvvəl
  • 33
Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır
Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq...
  • 4 saat əvvəl
  • 41
Misli Premyer Liqası: "Qarabağ" "Neftçi" ilə oyunda ikinci qolu vurub  YENİLƏNİB 2
Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları...
  • 5 saat əvvəl
  • 42