Apreldə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub

Apreldə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub

Cari ilin aprel ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 65 min 289 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə, ümumilikdə 73 min 147 müraciət olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
506 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb
Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair...
  • 1 saat əvvəl
  • 18
Qusarçay üzərində alternativ yolu sel aparıb, Qubadan sərhədə gedən yol müvəqqəti bağlanıb
Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən...
  • 1 saat əvvəl
  • 21
İtaliyada iki minillik sarkofaq və freska tapılıb
Arxeoloqlar İtaliyanın Neapol şəhərində 2000 il əvvələ aid sarkofaq və freska...
  • 2 saat əvvəl
  • 27
İğdırda Qarabağ kilimlərinin hazırlanması üzrə kursların populyarlığı artır
Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Qarabağ kilimlərinin...
  • 3 saat əvvəl
  • 37
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan keçib
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi...
  • 4 saat əvvəl
  • 38
İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub
İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda quraqlıq və içməli su...
  • 5 saat əvvəl
  • 47