Araşdırma: Nəsli kəsilməkdə olan balıq növlərinin sayı 5 dəfə artıb
Monpelyedəki Dəniz Biomüxtəlifliyi, İstismar və Qorunması İnstitutundan olan fransız alimləri nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin sayının əvvəlki hesablamalardan 5 dəfə çox olduğunu müəyyən ediblər.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədqiqat “PLOS Biology” elmi jurnalında dərc olunub.
Alimlər 13195 dəniz balıq növünün hazırkı vəziyyətini təhlil edərək belə nəticəyə gəliblər ki, onlardan 1671-i (12,7%) nəsli kəsilmək təhlükəsi altındadır. Əvvəllər bu rəqəm 334 növ (2,5%) təşkil edirdi.
Nəsli kəsilməkdə olan balıq növlərinin əksəriyyəti kiçik coğrafi diapazona, böyük bədən ölçülərinə və aşağı böyümə sürətinə malikdir.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
10 gün əvvəl
324 dəfə oxundu
324 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)