“Araz-Naxçıvan”ın baş məşqçisi: “Qarabağ”ı yaxşı mübarizəyə görə təbrik edirəm

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Qarabağ”ı yaxşı mübarizəyə görə təbrik edirəm

"Düşünürəm ki, oyun hər iki komanda üçün maraqlı alındı. "Qarabağ"ı da yaxşı mübarizəyə görə təbrik edirəm".

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, komandadan ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Rəhbərliklə gələcəklə bağlı danışıqlarımız olacaq. Ümid edirəm ki, komandanın xeyrinə qərar veriləcək".

Mütəxəssis mövsümü sonuncu pillədə başa vuran "Qəbələ"nin Premyer Liqanı tərk etməsinə də münasibət bildirib: "Bunu biləndə çox təəssüfləndim. Oyunçuların getməsinə daha da məyus oldum. "Qəbələ" köklü klubdur. İnanıram ki, komanda qısa zamanda toparlanacaq".

Qeyd edək ki, "Qarabağ" 11-ci çempionluqla 2023-2024-cü illər mövsümünü birinci pillədə başa vurub. "Araz-Naxçıvan" isə səkkizinci sırada yer alıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
493 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İğdırda Qarabağ kilimlərinin hazırlanması üzrə kursların populyarlığı artır
Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Qarabağ kilimlərinin...
  • 18 dəq. əvvəl
  • 5
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan keçib
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi...
  • 29 dəq. əvvəl
  • 12
İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub
İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda quraqlıq və içməli su...
  • 1 saat əvvəl
  • 27
Qəbələnin Uludaş kəndində 80 təsərrüfat su altında qalıb
Son günlər havaların qeyri-sabit keçməsi xüsusən leysan yağışları Qəbələnin bir sıra...
  • 3 saat əvvəl
  • 30
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi...
  • 3 saat əvvəl
  • 31
Sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Həftəsonu səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına mövcud...
  • 4 saat əvvəl
  • 37