Arıqlamağa kömək edən ən yaxşı 26 bitki çayı

Ən yaxşı arıqlama çayları mövzusunu araşdırdıq. Minlərlə insan piylənmə problemindən əziyyət çəkir. Artıq çəki fiziki görünüşə mənfi təsir edir və insanın sağlamlığını təhdid altına alır. Bu məqaləmizdə artıq çəkidən xilas olmağa kömək edən bitki çaylarını bir araya gətirmişik.

1. Kafeslim

Kafeslim

Sağlam və ölçülü şəkildə arıqlamaq istəyənlərin seçimi olan Cafeslim kimyəvi qatqıları olmayan və tamamilə bitki mənşəli ekstraktları birləşdirərək yaradılan bənzərsiz bir məhsuldur. Artıq çəkidən asanlıqla qurtularaq ideal bədən ölçüsünə sahib olmağınıza kömək edir.

Gündüz çayının tərkibində limon, oolonq çayı, dandelion, şüyüd, zəncəfil, gicitkən, kofein və mate var. Gecə çayında qarğıdalı otu, çəmən otu, nanə yarpağı, biyan kökü və dulavrat otu var. Cafeslim yaşıl qəhvə və detoks çayından xüsusilə artıq çəki problemi olan şəxslər istifadə etməlidir.

2. Yaşıl çay

Yaşıl çay

Yaşıl çay arıqlamağa kömək edən ən yaxşı bitkilərdəndir. Tərkibindəki antioksidanlar sayəsində maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Araşdırmalar nəticəsində yaşıl çayın xüsusilə artıq çəkili insanlar üzərində daha çox təsiri olduğu müəyyən edilib. Ancaq ondan istifadə edərkən diqqətli olmaq lazımdır. Yaşıl çayda bir fincan qəhvənin yarısı qədər kofein var. Bu səbəbdən ürək döyüntüsü olanların yaşıl çay istehlakında çox diqqətli olmaları tövsiyə olunur. Hamilə qadınlar və süd verən anaların yaşıl çay içməməsi məsləhətdir.

3. Yaşıl qəhvə çayı

Yaşıl qəhvə çayı

Yaşıl qəhvə çayı, arıqlamaq istəyən şəxslərin üstünlük verdiyi, dəriyə müsbət təsir edən və xolesterolu azaldan arıqlama çayıdır. Normal qovrulmuş qəhvədən 9 qat daha güclü olan yaşıl qəhvə təbii detoks təsiri, iştah azalması, qan dövranının tənzimlənməsi və diabetə təsir göstərir.

4. Qaragilə çayı

Qaragilə çayı

Arıqlamağa kömək edən çaylardan biri də qaragilə çayıdır. Qaragilə çayı digər çaylardan fərqli olaraq iştahınızı nəzarətdə saxlayır. Qan şəkərini tarazlaşdırdığı üçün aclıq hissini azaldır. Qaragilə çayı hazırlamaq üçün 1 stəkan suya 1 xörək qaşığı qaragilə meyvəsi və yarpağı əlavə edin. 10 dəqiqə dəmlədikdən sonra içə bilərsiniz. Quru qaragilədən istifadə edirsinizsə, miqdarı 1 çay qaşığına qədər azalda bilərsiniz.

5. Cəfəri çayı

Cəfəri çayı

Cəfərinin zəiflədici xüsusiyyətləri hər kəsə məlumdur. Həzmi asanlaşdıran cəfəri çayı orqanizmdə ödemi aradan qaldırmağa kömək edir. Tərkibi çox güclü olan cəfəri çayı orqanizmin su tutmasına mane olur. Hamilə və süd verən qadınların içməsi tövsiyə olunmur. 1 stəkan qaynadılmış suya 2 çay qaşığı xırda doğranmış cəfəri əlavə edin. 3-4 dəqiqə dəmləməsini gözləyin. Bundan sonra içə bilərsiniz. Çay acı olarsa, limon və ya bal əlavə edə bilərsiniz.

6. Yerba Mate çayı

Yerba Mate çayı

Artıq çəkidən xilas olmağa kömək edən çaylardan biri dəyerba mate çayıdır. Tərkibindəki "matein" komponenti sayəsində maddələr mübadiləsini sürətləndirir və normaldan daha çox kalori yandırmaq üçün bədən istiliyini artırır. Araşdırma zamanı yerba mate çayı içənlərin içməyənlərlə müqayisədə daha tez arıqladığı məlum olub. Yerba meta çayının bəzi insanlarda ürək bulanması, qusma, başgicəllənmə və ürək döyünməsi kimi yan təsirlərə səbəb ola biləcəyi deyilir. Yerba mate çayı hazırlayarkən diqqətli olmağınız üçün ən vacib məqam suyu yarpaqları ilə qaynatmamaqdır. Mate yarpaqlarını 3-4 dəqiqə otaq temperaturunda qaynadılmış suya əlavə edin. Sonra 2-3 dəqiqə dəmləməsini gözləyin. Acı dad verərsə, süd qata bilərsiniz.

7. Darçın çayı

Darçın çayı

Darçın çayı termogenik təsirə malikdir. Bir çox müalicəvi xüsusiyyəti olan darçın çayı bədən istiliyini artırır və maddələr mübadiləsinin sürətlə işləməsini təmin edir. Darçın çayının digər bir xüsusiyyəti də bədənin qan şəkərini tarazlaşdırmaq, iştahı boğmaq və xolesterolu nəzarətdə saxlamaqdır. Darçın çayını sadə şəkildə dəmləyib içə və ya digər bitki çaylarına əlavə edərək içə bilərsiniz.

8. Zəncəfil çayı

Zəncəfil çayı

Zəncəfil çayı insanların arıqlamaq üçün istifadə etdikləri bitki çayları arasında yer alır. Zəncəfil çayının ən vacib xüsusiyyətlərindən biri mədəni sakitləşdirmək və həzmi asanlaşdırmaqdır. Zəncəfil çayı maddələr mübadiləsini sürətləndirməklə yanaşı, insanın psixologiyasının daim yaxşı olmasını təmin edir.

9. Rozmarin çayı

Rozmarin çayı

Quş dili olaraq da bilinən rozmarin arıqlamaq istəyən insanlar üçün ideal vasitədir. Yüksək miqdarda A vitamini, C vitamini, B6 vitamini, B1 vitamini, B9 vitamini, maqnezium, kalsium, mis və dəmir minerallarına sahibdir və həzm problemini aradan qaldırır. Miqren, ağız və boğaz yaralarını sağaldır. Arıqlamaq istəyənlər rozmarin çayı içə bilərlər.

10. Nanə çayı

Nanə çayı

lternativ təbabətin vazgeçilməz bitkiləri arasında yer alan nanə arıqlamaq istəyənlərin tez-tez istifadə etdiyi məşhur təbii çaylar arasındadır. Həzmi artırmaq, iştahı azaltmaq və stressi aşağı salmaq xüsusiyyətlərinə malikdir. Yan təsirləri olmayan bu bənzərsiz bitki kəskin qoxusu sayəsində toxluq hissi yaradır.

11. Dandelion çayı

Dandelion çayı

Dandelion, yüksək kalium və A və C vitaminləri olan unikal bir bitkidir. Arıqlamaqda misilsiz rol oynayan bitki öz fərqli strukturu ilə fərqlənir. Güclü sidikqovucu təsirə malik olan bu bitki ürək xəstəlikləri, xolesterol, ekzema, sızanaq, sarılıq, qut, romatoid artrit kimi xəstəliklərdən sağalmağa kömək edir.

12. Şüyüd çayı

Şüyüd çayı

Arıqlatmaq xüsusiyyəti olan şüyüd çayı həmçinin iştahazaldıcı təsirə malikdir. Şüyüd çayı artıq çəki yaranmasını əngəlləyərək yağ yandırılmasını sürətləndirir. Maddələr mübadiləsini sürətləndirən şüyüd çayı antispazmodik xüsusiyyətləri sayəsində daha az aclıq hissi yaradır.

13. Mate çayı

Mate çayı

Mate çayı tərkibindəki çoxlu miqdarda vitamin və minerallarla arıqladıcı təsirə malikdir. Maddələr mübadiləsini asanlaşdıran mate çayı həzm sisteminizi rahatlaşdırır. Bütün bunlara əlavə olaraq xərçəng hüceyrələrinin inkişafını ləngitmək, şəkərli diabet xəstələrində qan şəkərini azaltmaq və ürək-damar xəstəliklərinin qarşısını almaq təsirləri də mövcuddur.

14. Limon çayı

Limon çayı
Limon bol miqdarda vitamin və mineralla zəngin meyvədir. Həzmsizliyin qarşısını almaq, hərarəti aşağı salmaq, dəri sağlamlığını qorumaq, yanıqları sağaltmaq və qanaxmanı dayandırmaq qabiliyyəti ilə də tanınan limon müntəzəm istifadə edildikdə yaxşı sidikqovucu xüsusiyyətə malikdir. Limon çayı olduqca faydalıdır.

15. Ağ çay

Ağ çay

Arıqlamağa kömək edən bitki çaylarından biri də ağ çaydır. "International Obezite" jurnalında yayımlanan bir araşdırmada ağ çay içərisində olan polifenol və kofeinin arıqlamağa kömək etdiyi öz əksini tapıb. Digər bir dərgidə isə ağ çayın tərkibində olan "epigallocatechin-3-gallate" adlanan polifenolların yağ hüceyrəsinin meydana gəlməsinə mane olduğu bildirilib. Hamilə qadınlara və süd verən analara ağ çay içmək tövsiyə edilmir. Bundan əlavə, ağ çay istehlakı ürək döyünməsi, qan təzyiqi, ürək bulanması, qusma və yuxusuzluq kimi yan təsirlərə səbəb ola bilər.

16. Quşotu çayı

Quşotu çayı

Quşotu çayı tərkibindəki kalium və maqnezium sayəsində bağırsaqları təmizləməyə kömək edir. Quşotu çayı bədəndəki artıq suyu xaric etməyə, şişkinliyin qarşısını almağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir.

17. Pu-Erh çayı

Pu-Erh çayı

Pu-Erh bitki çayı olduqca faydalıdır. Səhər yeməyindən əvvəl içmək lazımdır ki, bədəndəki yağ hüceyrələrinin kiçilsin və yağ tərkibi azalsın.

18. Qarnıyarıq otu çayı

Qarnıyarıq otu çayı

Qəbizliyi və həzm şikayətləri olan diabetli insanların üstünlük verdiyi qarnıyarıq otu çayı tərkibindəki lipidlər sayəsində bağırsaq divarının yumşalmasını asanlaşdırır. Bütün bunlara əlavə olaraq, qəbizlik problemi olanlar üçün bağırsaq mukozasına zərər vermədən detoks effekti yaradır. Bağırsaq xəstəliklərini azaldır, xolesterolu aşağı salır, iştahı tənzimləyir.

19. Çəmən otu çayı

Çəmən otu çayı

Hind yeməklərinin əvəzolunmaz otları arasında yer alan çəmən otu arıqlamaq istəyənlərin köməyinə çatır. Mədə-bağırsaq iltihabını sakitləşdirən və mədə yanmasının (reflü) qarşısını alan çəmən otu xolesterol səviyyəsini tənzimləyərək qan təzyiqinin yaxşılaşdırılmasına kömək edir.

20. Heather Leaf çayı

Heather Leaf çayı

Heather Leaf çayı diafretik, sidikqovucu və yağ yandırıcı xüsusiyyətlərə malikdir. Mate, yaşıl qəhvə, rozmarin kimi bitkilərlə birlikdə istifadə olunduqda arıqlamağa kömək edir. Sidik yolu xəstəliklərinin qarşısını alan, böyrəkləri təmizləyən, revmatizmə yaxşı təsir edən, yuxusuzluğu aradan qaldıran, qutun müalicəsinə kömək edən və həzm sistemini qoruyan heather leaf çayı olduqca faydalıdır.

21. Oolonq çayı

Oolonq çayı

Oolonq çayı Çinin Fujian bölgəsi üçün endemikdir. Oolonq çayı qan şəkərinin tarazlaşdırılmasına, toksinlərin çıxarılmasına, dərinin sağalmasına və xolesterolun azaldılmasına kömək edir. Maddələr mübadiləsini sürətləndirdiyi sübut olunmuş oolonq çayı, yandırılan kalori miqdarını artıraraq arıqlamağınıza kömək edir.

22. Yemişan yarpağı çayı

Yemişan yarpağı çayı

İmmun sistemini gücləndirməsi ilə tanınan yemişan yarpağı çayı çəki salmağa da kömək edir. Güclü antioksidant xüsusiyyətləri sayəsində xəstəliklərdən qoruyan yemişan yarpağı çayı bədəndə yağ yanmasını sürətləndirərək arıqlamağa kömək edir.

23. Qotu kola çayı

Qotu kola çayı

Çin ənənəvi tibbində istifadə olunan qotu kola çayı hemoroid, burxulma, dermatit və selülit kimi xəstəliklərin müalicəsində istifadə olunur. Çəki problemi olan şəxslərdə arıqladıcı təsir yaradan bu bitki yağ yandırılmasını sürətləndirir. Anemiya, bronxit, yüksək qan təzyiqi və dizenteriya kimi xəstəliklərin müalicəsində istifadə olunur.

24. Acı cəhrə çayı

Acı cəhrə çayı

Acı cəhrə çayı çəki problemi olan şəxslərin üstünlük verdiyi bitki çaylarındandır. Yaxşı bir yağ yandırıcı və sidikqovucu təsirə malik olan acı cəhrə çayı olduqca faydalıdır. Prostat xəstəlikləri, suyun atılması və şişkinlik, qəbizlik və ishal kimi həzm problemlərinə də təsir edir.

25. Biyan kökü çayı

Biyan kökü çayı

Biyan kökü çayı müntəzəm istifadədə zamanı yağ yanmasını sürətləndirərək arıqlamağa kömək edir. Sidik pozğunluqları, menstruasiya öncəsi ağrıları aradan qaldırır.

26. Dulavratotu çayı

Dulavratotu çayı

Dulavratotu çayı tərkibindəki inulin sayəsində kolonda faydalı bifidobakteriyaların inkişafına kömək edir. İnulin insanlara toxluq hissi yaradır və həzm sistemini yaxşılaşdırmağa kömək edir. Dulavratotu çayı sidikqovucu xüsusiyyətlərə malikdir.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
7789 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 6 ay əvvəl
  • 1263
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 7 ay əvvəl
  • 1527
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 8 ay əvvəl
  • 1561
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 8 ay əvvəl
  • 1431
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 8 ay əvvəl
  • 1635
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 8 ay əvvəl
  • 1300