Astarada dənizdə batan rayon sakininin meyiti tapılıb
Xəbər verildiyi kimi, avqustun 24-də Fövqəladə Hallar Nazirliyinə (FHN) Astara rayonunda nəzarətsiz ərazidə dənizdə bir nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
FHN mətbuat xidmətindən bildirilib ki, dalğıclar tərəfindən həyata keçirilən fasiləsiz axtarış tədbirləri nəticəsində Astara rayonu, Kjəbə qəsəbə sakini 1996-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
18 gün əvvəl
373 dəfə oxundu
373 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)