Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Portuqaliya millisi 1/8 finala yüksəlib. Türkiyə isə 3 xalla ikinci pillədə qalıb.

Qrupun ilk oyununda Gürcüstan və Çexiya yığmaları 1:1 hesablı heç-heçə edib.

21:21

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda üçüncü qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, matçın 56-cı dəqiqəsində Kriştianu Ronaldonun ötürməsindən sonra Bruno Fernandeş topu türkiyəlilərin qapısından keçirib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

21:04

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ilk yarıdan sonra Portuqaliya seçməsi 2:0 hesabı ilə qalib gəlir.

Qeyd edək ki, görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:50

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda birinci hissə başa çatıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, komandalar fasiləyə Portuqaliya seçməsinin 2:0 hesablı üstünlüyü ilə yollanıb.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:33

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda ikinci qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Türkiyə millisinin üzvü Samet Akaydın topu öz qapısına göndərib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:25

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda hesab açılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Portuqaliya seçməsinin heyətində Bernardo Silva 22-ci dəqiqədə fərqlənib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:00

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyun başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
27 gün əvvəl
404 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE...
  • 19 dəq. əvvəl
  • 11
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 1 saat əvvəl
  • 26
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 1 saat əvvəl
  • 25
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 2 saat əvvəl
  • 31
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 4 saat əvvəl
  • 46
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 5 saat əvvəl
  • 49