Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın dördüncü günündə Aylin Nəzərova (48 kiloqram) 1/4 final çərçivəsində Atina Papanikolopou (Yunanıstan) ilə qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Giorgia La Rosa ilə üz-üzə gələcək.

Əminə Tağı da 1/4 final mərhələsini uğurla başa vurub. 52 kiloqramda mübarizə aparan milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə rumıniyalı Maria Semeniçiuçlə qarşılaşacaq.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
27 gün əvvəl
403 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub.ILK.AZ...
  • 52 dəq. əvvəl
  • 12
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 2 saat əvvəl
  • 27
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 3 saat əvvəl
  • 31
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 4 saat əvvəl
  • 40
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 5 saat əvvəl
  • 45
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 6 saat əvvəl
  • 46