Avropa çempionatı: Azərbaycanın veteran cüdoçuları daha 5 medal qazanıblar

Avropa çempionatı: Azərbaycanın veteran cüdoçuları daha 5 medal qazanıblar

Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa çempionatının ikinci günündə 2 qızıl və 3 bürünc medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, M3 yaş kateqoriyası üzrə 66 kiloqramda mübarizə aparan Vüqar Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

60 kiloqramda Mənsur Abbasov, 81 kiloqramda Azər Fətullayev və 100 kiloqramda Nizami Məmmədov bürünc mükafata yiyələniblər. 100 kiloqramda çıxış edən Valeri Fomin 5-ci, Ramil Muradov isə 7-ci pillədə qərarlaşıblar.

M4 yaş kateqoriyası üzrə 100 kiloqramda Emil Hüseynov birinci yeri tutub. 73 kiloqramda Əli Əlibəyli isə üçüncü sırada yer alıb. 60 kiloqramda Babək Hacıyev, 66 kiloqramda Rəfael Mehdiyev, 81 kiloqramda Rauf Fərzəliyev və 90 kiloqramda Mahir Ağamirzəyev 5-ci olublar.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın veteran cüdoçuları 3 medal qazanıblar. İyunun 9-na kimi davam edəcək qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
472 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 25 dəq. əvvəl
  • 8
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 41 dəq. əvvəl
  • 9
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 15
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 26
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 29
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 40