Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Serbiyanın Novi Sad şəhərində keçiriləcək U-20 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçilərimiz çıxış edəcəklər. Heyətdə Rahim Həsənov (55 kiloqram), Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), İsmayıl Rzayev (82 kiloqram), Əli Quliyev (87 kiloqram), Mahir Qurbanlı (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) yer alıblar.

Daha sonra mübarizəyə qoşulacaq qadın güləşçilər - Elvina Kərimzadə (50 kiloqram), Əsmər Cankurtaran (53 kiloqram), Nərgiz Səmədova (55 kiloqram), Gülər Həbibova (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Fatimə İsayeva (68 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Yarışın son günlərində isə sərbəst güləşçilərdən Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Musa Verdiyev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Əhməd Əhmədli (74 kiloqram), Nurudin Maqomedqadjiyev (79 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Xetaq Karsanov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) mübarizəyə qoşulacaqlar.

U-20 Avropa çempionatında I kateqoriyalı hakimlərimizdən Natiq Hacıyev ilə Vüqar Şükürov ədaləti qoruyacaqlar.

Yarışa sabah start veriləcək.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
17 gün əvvəl
386 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Balakəndə qəza törədən motosikletçi komaya düşüb
Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü...
  • 7 dəq. əvvəl
  • 4
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 1 saat əvvəl
  • 13
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 16
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 2 saat əvvəl
  • 29
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 3 saat əvvəl
  • 35
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 4 saat əvvəl
  • 40