Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

Bütün 2023-cü il və 2024-cü ilin aprel ayına qədər Avropa İttifaqı ölkələri, eləcə də Norveç, İslandiya və Lixtenşteyndə göyöskürəyə 60 min yoluxma halı aşkar edilib, bu da 2022-ci ilə nisbətən on dəfə çoxdur.

AZƏRTAC Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (ECDC) istinadla xəbər verir ki, göyöskürək hətta üç-beş yaş arasında mərhələli şəkildə keçirilən yüksək vaksinasiya nisbəti olan ölkələrdə epidemiyalara səbəb olur. Peyvənd olunmayan və ya qismən peyvənd olunmuş altı aya qədər uşaqlar ən yüksək risk qrupuna daxildirlər.

“Avropada göyöskürəyə yoluxma hallarının artması göstərir ki, biz ayıq olmalıyıq. Bu, körpələri xüsusən təhdid edən ciddi xəstəlikdir”, - deyə Avropa İttifaqının Səhiyyə üzrə Komissarı Stella Kiriakides bildirib.

ECDC uşaq əhalisinin adekvat əhatə edilməsinə nail olmaq üçün səhiyyə orqanlarını vaksinasiya proqramlarını gücləndirməyə çağırıb, bu da ilkin immunizasiyanın vaxtında başa çatmasını, eləcə də milli peyvəndlər təqvimlərinə uyğun olaraq gücləndirici dozaların verilməsini nəzərdə tutur.

Göyöskürək tənəffüs yollarına təsir edən kəskin yoluxucu xəstəlikdir. O, üç-dörd aya qədər davam edən güclü öskürək tutması ilə xarakterizə edilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
251 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 9 dəq. əvvəl
  • 8
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 18
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 1 saat əvvəl
  • 18
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 2 saat əvvəl
  • 30
Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib
İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan...
  • 4 saat əvvəl
  • 39
Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək
Prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə...
  • 4 saat əvvəl
  • 39