Avrozonanın xarici ticarət balansında profisit yaranıb
İyun ayında Avrozonada xarici ticarət profisiti 22,3 milyard avro təşkil edib.
AZƏRTAC Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına istinadla xəbər verir ki, iyunda Avrozonada ixracın dəyəri ötən illə müqayisədə 6,3 faiz azalaraq 236,7 milyard avro olub. İdxalın dəyəri isə 8,6 faiz azalaraq 214,4 milyard avro təşkil edib.
Hesabat ayında Avropa İttifaqında (Aİ) ixrac 212,3 milyard, idxal isə 191,4 milyard avro olub. İyunda Aİ dövlətlərindən ən çox məhsul idxal edən ölkələrin ilk üçlüyündə ABŞ (44,6 milyard avro), İngiltərə (28 milyard avro) və Çin (19,1 milyard avro) qərarlaşıb. Aİ-yə ən çox məhsul ixrac edən ölkələr isə Çin (39,7 milyard avro), ABŞ (25,9 milyard avro) və İngiltərə (14,1 milyard avro) olub.
Roma
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
26 gün əvvəl
374 dəfə oxundu
374 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)