Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb

Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb

Avstraliyanın Viktoriya əyalətinin səhiyyə orqanı ölkədə quş qripinə ilk yoluxma halının qeydə alınması ilə bağlı ictimai xəbərdarlıq elan edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Viktoriya Səhiyyə Departamentinin məlumatına görə, quş qripi (H5N1virusu) mart ayında xaricdən qayıdan bir uşaqda aşkarlanıb. Xəstəlik ağır gedişatlı olsa da, uşaq hazırda tam sağalıb.

Həmçinin qeyd edilib ki, xəstəliyin insanlar arasında asanlıqla yayılmadığı nəzərə alınarsa, əlavə yoluxma hallarının baş verməsi ehtimalı çox aşağıdır. Əyalətdə virusun ötürülməsinə dair hələlik heç bir dəlil yoxdur.

Ştatın kənd təsərrüfatı idarəsi quş qripi virusunun Melburndan 80 kilometr qərbdə yerləşən Meredit kəndi yaxınlığındakı fermada quşlar arasında aşkar edildiyini bildirib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
512 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 7 dəq. əvvəl
  • 2
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 19
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 24
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 30
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 38
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 41