Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2024-cü ilin iyun ayı ərzində 504 zəng daxil olub.

Bu barədə agentlikdən bildirilib.

Zəng edən vətəndaşların 221-nin müraciəti yerindəcə, 179 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 85 müraciət isə digər qurumlara yönləndirilib.

Bundan başqa, bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 19 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa edilib.

Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən, agentlikdə “Çağrı Mərkəzi” (0125997975) yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib.

“Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində agentlikdə görülən işlərin tərkib hissəsidir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
15 gün əvvəl
365 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE...
  • 4 dəq. əvvəl
  • 2
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 1 saat əvvəl
  • 23
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 1 saat əvvəl
  • 23
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 2 saat əvvəl
  • 29
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 44
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 5 saat əvvəl
  • 48