Ayaqlara qulluq
Hamar və baxımlı ayaqlara sahib olmaq üçün əlavə vaxt sərf etməyə ehtiyac yoxdur. Çimərlikdə və ya televizorun qabağında bir neçə baxım üsulu ilə ecazkar ayaqlarınız ola bilər.
İlk öncə təmizlik
Gözəl ayaqlar üçün ilk şərt, istənməyən tüklərdən qurtulmaqdır. Bunun üçün əlverişli və sərfəli hər hansı bir yoldan istifadə edə bilərsiniz. İstifadə etdiyiniz metoddan asılı olmayaraq, vacib olan budur ki, ayağınızda və qasıq nahiyənizdə ən kiçik bir artıqlıq olmasın. Prosedurdan sonra qıcıqlanmanın qarşısını almaq üçün yağsız bədən nəmləndiricisi tətbiq edin və masaj edin.
Ölü dərinin çıxarılması
Bədən hüceyrələri hər 28 gündə bir yenilənir və bunun fərqinə varmırsınız. Yatağınızı mikroskopla araşdırsanız, gecə yatarkən nə qədər dəri tökdüyünüzü görə bilərsiniz. Bununla birlikdə, hələ də dəri üzərində ölü hüceyrələrin bir təbəqəsi meydana çıxaraq, sağlam olmayan bir görünüşə səbəb ola bilər. Bu səbəblə həftədə bir dəfə bədənə, xüsusən də ayaqlara xüsusi bir peeling (soyma) tətbiq etmək uyğundur. Günümüzdə tanınmış markaların vücud üçün hazırladığı peeling məhsulları çox praktik bir həlldir. Çimərlikdəki yaş qumdan faydalana bilərsiniz. Evdə bir neçə qaşıq zeytun yağı, bir qaşıq qaya duzu və 1 limonun suyunu qarışdıraraq soymağı özünüz edə bilərsiniz.
Selülitə qarşı baxım
Hər iki qadından birinin şikayət etdiyi selülitlərlə vidalaşmaq o qədər də çətin deyil. Mütəxəssislər, hər gün beş dəqiqəlik bir masajın bu yağ yığınlarını böyük ölçüdə təmizlədiyini söyləyirlər. Tüklərdən xilas olarkən bir tərəfdən də peeling və masaj təsiri ilə qiymətləndirilən Braunun yeni məhsulu Skin Spa sizə kömək edə bilər. Bundan əlavə, ayaq əzələlərinizi işlətmək üçün edilən məşqlər də selülit əmələ gəlməsinə qarşı təsir göstərəcəkdir. Çimərlikdə oturarkən, yanlarınızın üzərində gəzin və bunu hər gün beş dəqiqə təkrarlayın. Hərəkəti qum üzərində apararsanız, bunun da peeling effekti olacaqdır.
Son dayanacaq ayaqlarımızdır
Ayaq baxımı olmadan baxım tamamlanmaz. Çimərlikdə çılpaq ayaqla yeridiyinizə görə vaxtından əvvəl pisləşən pedikürünüz üçün dabanlarınızı qliserinlə yaxşıca ovuşdurun və qurumasına icazə verin. Beləliklə, ayaqlarınız xarici təsirlərə daha az məruz qalacaqdır.
Ayaq gözəlliyi üçün qızıl qaydalar:
Onları quru saxlayın
Ayaq təmizliyində edəcəyiniz ilk iş onları quru saxlamaqdır. Nəm ayaqlarda göbələk xəstəliyi yaranır. Təbii materiallardan olan ayaqqabı alın. Bir ayaqqabını üç-dörd gün dalbadal geyinməyin. Çimdikdən sonra ayaqlarınızı qurulayın.
Dırnaqlara düzgün qulluq edin
Dırnaqların düzgün olmayan forması onların pis uzanmasına səbəb olacaq. Bunun üçün dırnaqları dairə şəklində yox, düz kəsmək lazımdır. Onları çox da qısa kəsməyin. Bu, infeksiya düşməsinə səbəb ola bilər.
Ayaqlarınızı masaj etməyi unutmayın
- Xüsusilə ayaq-ayaq ustünə atmaq səbəbi ilə göyərmiş baldırları aradan qaldırmaq üçün ponza daşından istifadə edin. Dəriniz yaşkən tətbiq etsəniz, nəticə bir o qədər yaxşı olar.
- Ölü dərilərdən qurtulmanın daha bir təsirli yolu kisədən istifadə etməkdir. Bunun üçün yuyunarkən duş geli deyil,sabun istifadə edin.(Dəri sürüşkən olmamalıdır.) Yüngül bir şəkildə nəmləndirin və kisə ilə ovuşdurun. Ölü dərilərin töküldüyünü görəcəksiniz.
- Hər zaman gözəl ayaqlara sahib olmaq üçün hamamdakı suyun temperaturunu 25 dərəcədən yuxarı qaldırmayın. Bu varikozun qarşısını almaq üçün də yaxşı bir tədbirdir. Bundan əlavə, bərpaedici bədən kremləri də ayaq gözəlliyiniz üçün çox faydalıdır.
- Duşdan dərhal sonra, dəriniz hələ tamamilə quru deyilkən, ayaqlarınıza yumşaq bir nəmləndirici tətbiq edin.
Məqaləyə emosiya bildir:
7120 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)