Azərbaycan azad edilmiş torpaqların dirçəliş modeli ilə də dünyanın diqqətindədir  ŞƏRH

Azərbaycan azad edilmiş torpaqların dirçəliş modeli ilə də dünyanın diqqətindədir ŞƏRH

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Son üç ildən artıq dövrdə bu istiqamətdə görülən işlərə, soydaşlarımızın qayıdış ünvanlarına diqqət yetirsək Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu görərik. Hər bir sahədə ilklərə imza atan Azərbaycan azad edilmiş torpaqlarda gördüyü işləri, təkmil dirçəliş modeli ilə də dünyanın diqqətindədir. Müharibədən dərhal sonra bərpa işlərinə başlamaq mümkün olmasa da Azərbaycan bu sahədə də ilkə imza atdı. Ötən bu dövrdə görülən işlərin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz. Öncə bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, şanlı Qələbəmizdən sonra tariximizin Zəfər səhifələri davamlılığı ilə diqqətdədir. Ötən ilin aprelində ərazi bütövlüyümüz, sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də, Prezidentlik dövrünün 20 illiyində Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağını ucaltdı.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib.

O bildirib ki, tarixi Zəfərimizdən sonra dövlətimizin başçısı doğum günlərini, bayramlarımızı, tarixi günləri işğaldan azad edilmiş ərazilərdə qeyd edir, burada ictimaiyyət nümayəndələri və ilk köç edən sakinlərlə görüşür, Zəfərimizin sevincini paylaşır. Müstəqillik Günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarına səfər etdilər. Soydaşlarımızın qayıtdıqları ünvanlar sırasına Xocalı şəhəri də daxil oldu. Dövlətimizin başçısının Xocalı şəhərinə köçən sakinlərlə görüşündə vurğuladığı kimi, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Keçən il Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərində laçınlılara evlərin açarlarını təqdim etdi. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşdü. Onlar da məhz həmin gün doğma yurd-yuvalarına qayıtdılar. Bu il isə Müstəqillik Günündə xocalılılar qayıtdılar. Azərbaycan Bayrağının Xocalıda ucaldılmasından ötən 8 ayda görülən işləri xocalılar möcüzə kimi dəyərləndirdilər. İşğaldan azad edilən digər ərazilərimiz kimi, Xocalı da yenidən qurulur, gözəlləşir.

Deputat qeyd edib ki, torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması tariximizin Zəfər səhifələri kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək: “Xocalı sakinləri ilə görüşündə də Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünə yönəldərək bildirdi ki, ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Müzəffər Ali Baş Komandan bu çağırışı etdi ki, biz hər an hazır olmalıyıq. İlk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.

Malik Həsənov Böyük Qayıdış Proqramının Xocalı səhifəsinin yazılmasından qürur hissi ilə bəhs edərək qeyd edib: “Dövlətimizin başçısı hər bir çıxışında, görüşlərində xalqımıza müjdələr çatdırır, gələcəklə bağlı müəyyənləşdirilən hədəflərdən bəhs edir. Bu baxımdan Prezident İlham Əliyevin Xocalı sakinləri ilə görüşü də diqqətdə oldu. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinə ilk köçün vaxtını açıqladı. Bu müjdəni çatdırdı ki, sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

Hər bir hədəfin zamanında reallığa çevrilməsi Prezident İlham Əliyevin qətiyyətinin məntiqi nəticəsidir. İşğal dövründə Müzəffər Ali Baş Komandan xocalılılarla görüşündə bildirirdi ki, gün gələcək Xocalıda görüşəcəyik. İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək”.

Soydaşlarımızın qayıdış ünvanlarının sayının artmasının hər birimizi sevindirdiyini, qürurlandırdığını deyən deputat əlavə edib: “Doğma yurd-yuvasına qayıdan soydaşlarımız bu fikri dönə-dönə qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti sayəsində yenilməz, məğrur xalq olduğumuzu dünyaya nümayiş etdirdik. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Qeyd edək ki, Birinci Qayıdış Proqramının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı əsas hədəflər sırasındadır. Bu il Xankəndi ilə yanaşı, Cəbrayıl, Kəlbəcər şəhərlərinə də qayıdış nəzərdə tutulub. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, sözünə sahib, qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
483 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 1 dəq. əvvəl
  • 2
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 17 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37