Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Azərbaycan mədəniyyətini xaricdə təbliğ edən bəstəkar Xədicə Zeynalovanın Almaniya və ABŞ-da “Ave Maria” adlı konserti keçirilib və musiqi albomu işıq üzü görüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, layihə xalqlar və dövlətlər arasında sülhə həsr olunub və Almaniyanın Mədəniyyət Fondu, “Lippe” Regional Assosiasiyası və “Bridge of Sound” kamera ansamblının maliyyə dəstəyi ilə həyata keçirilib. Səsyazma 2023-cü ilin avqustunda Almaniyanın tarixi Marienmünster şəhərində aparılıb.

“Sevimli ölkəm Azərbaycanı bu cür beynəlxalq səviyyədə təmsil etmək mənim üçün böyük şərəfdir. Bu əsərin özəlliyi ondan ibarətdir ki, mən Şərqlə Qərb arasında əlaqə yaratmağa çalışmışam. Azərbaycan xalq musiqisinin ritmlərindən, muğam elementlərindən də istifadə etmişəm” - deyə Xədicə Zeynalova bildirib.

Xədicə Zeynalova “Bridge of Sound” ansamblının bədii rəhbəri, “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəridir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Detmold Konservatoriyasının və Almaniyanın Paderborn Universitetinin məzunudur. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür (1999). 2005-ci ildən Almaniyada yaşayır və işləyir. Fəlsəfə doktoru və Paderborn Universitetində və Detmold Musiqi Akademiyasında dosent, GEMA (Musiqinin ictimai ifa edilməsi və mexaniki reproduksiyası hüquqlarının idarə edilməsi cəmiyyəti) üzvüdür. O, Azərbaycan musiqisinin populyarlaşdırılması üçün konsertlərin təşkili ilə fəal məşğul olur. Xədicə Zeynalovanın əsərləri Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsveçrə, Avstriya, Böyük Britaniya, İtaliya, Türkiyə, Oman, Ukrayna, Fransa, Macarıstan, Gürcüstan, Kipr, Yunanıstan və digər ölkələrdə keçirilən müasir musiqi festival və konsertlərində səsləndirilib. O, Almaniyada nüfuzlu təqaüd və mükafatlara, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafatlarına layiq görülüb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
361 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 15 dəq. əvvəl
  • 7
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 22 dəq. əvvəl
  • 8
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 1 saat əvvəl
  • 25
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 2 saat əvvəl
  • 31
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 3 saat əvvəl
  • 35
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 4 saat əvvəl
  • 44