Azərbaycan boksçusu: Tokio Olimpiadasında qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Azərbaycan boksçusu: Tokio Olimpiadasında qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Yarışa çox yaxşı hazırlaşmışdım. Əlimdən gələni etdim ki, lisenziya əldə edim. Arzuma çatdığım üçün xoşbəxtəm.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan boksçusu Alfonso Dominqes jurnalistlərə açıqlamasında deyib.

92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarışda dünya ölkələrin ən güclü idmançıları mübarizə aparıb: “Hər döyüşə psixoloji olaraq hazırlaşmışdım. Bütün görüşlərdə müəyyən qədər çətinliklər oldu. Amma buna baxmayaraq, turnirdə ən böyük rəqibim elə özüm idim”.

İdmançı Paris Olimpiadasında gözləntilərini də açıqlayıb: “2020-ci ildə keçirilmiş Tokio Olimpiya Yay Oyunlarında bürünc medal əldə etmişdim. Çalışacağam ki, Parisdə bunu qızıl mükafata çevirim. Həm özümə, həm komandama inanıram. Əminəm ki, Fransanın paytaxtından yaxşı nəticələrlə dönəcəyik”.

Qeyd edək ki, bundan başqa Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
477 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 59 dəq. əvvəl
  • 10
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 22
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 24
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 35
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 40
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 46