Azərbaycan Cüdo Federasiyası yeni layihəyə start verib

Azərbaycan Cüdo Federasiyası yeni layihəyə start verib

Azərbaycan Cüdo Federasiyası (ACF) adaptiv cüdo layihəsinə start verib.

ACF-dən verilən məlumata görə, bu proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və özünə inamını artırmaq məqsədi daşıyır. Proqram cüdonun əsas dəyərlərini aşılamaqla, adaptiv cüdo təcrübəsi vasitəsilə fiziki fəaliyyəti, zehni rifahı və sosial inklüzivliyi təşviq edir.

Federasiya rəsmiləri ötən il adaptiv cüdonun uğurlu beynəlxalq təcrübəsindən yararlanmaq məqsədi ilə Niderlandın Venray şəhərində keçirilən "EJU Get Together” adaptiv cüdo turnirində iştirak ediblər. Bu ilin may ayında isə məşqçilər Rüfət İsmayılovla Samir İsmayılov Parisdə baş tutan adaptiv cüdo üzrə təlim-məşq toplanışına və məşqçilik seminarına qatılıblar. Hazırda isə Xorvatiyanın Velika-Qoritsa şəhərində keçirilən "Get Together 2024” adaptiv cüdo turnirində bilik və bacarıqlarını təkmilləşdirirlər.

Qeyd edək ki, hazırlıq çərçivəsində ACF artıq daun sindromlu uşaqların valideynləri ilə görüşüb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ilk cüdo dərslərinin tezliklə başlaması planlaşdırılır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
440 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 50 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 45