Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib.

Universitetdən bildirilib ki, mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları gələcəyimiz olan şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, eləcə də elmi-yaradıcı fəaliyyətə başlamaq üçün müstəqil addımları münasibətilə təbrik edib.

Rektor qeyd edib ki, çağdaş dünyamızda müəllimin əsas keyfiyyəti dəyişilmə və yüksək uyğunlaşma qabiliyyətidir. Buna görə də ixtisas bilikləri ilə yanaşı, milli kimliyə, peşəkar və daimi inkişaf etdirilən davranış səriştələrinə, rəqəmsal və xarici dil bacarıqlarına malik olmaq gənc mütəxəssislər üçün mühüm keyfiyyətlərdir.

Daha sonra təhsil aldıqları dövrdə yüksək akademik göstəriciləri, eləcə də sosial-ictimai fəaliyyəti ilə fərqlənən məzunlar Pedaqoji Universitet rəhbərliyi adından fəxri fərmanla təltif ediliblər.

Mərasim konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, hazırda ADPU-da Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris aparılır, hər il prioritet sahələr üzrə yeni ixtisaslara qəbul həyata keçirilir, universitetin qəbul planı son illər 100 faiz dolur. Hazırda ADPU-da bakalavriat səviyyəsində ixtisasların sayı 25-ə, magistratura ixtisaslaşmalarının sayı isə 30-a çatıb. Son illərdə ADPU-nu seçən abituriyentlər arasında 500 və 600 baldan yüksək nəticə göstərənlərin sayında kifayət qədər artım müşahidə olunur.

Bu il Pedaqoji Universitetdən filiallar və Pedaqoji Kolleclə birgə ümumilikdə 4700 nəfərdən çox tələbə məzun olur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
20 gün əvvəl
390 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 22 dəq. əvvəl
  • 10
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 33 dəq. əvvəl
  • 13
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 1 saat əvvəl
  • 22
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 36
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 4 saat əvvəl
  • 40
Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə...
  • 5 saat əvvəl
  • 46