Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarına yekun vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan boksçularından Seyid Seyidov (86 kiloqram) gümüş, Nəbi İsgəndərov (67 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Tural Sarıyev (92 kiloqram) və Vətən Hüseynli (92 kiloqram) bürünc medala layiq görülüblər.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası ikinci, şpaqa üzrə qızlardan ibarət yığma isə üçüncü yeri tutub.

Cüdoçulardan Musa Huseynli (90 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc mükafatın sahibi olublar.

İdmançılarımız multiidman yarışını ümumilikdə 34 medalla başa vurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan Oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
24 gün əvvəl
420 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 1 saat əvvəl
  • 19
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 2 saat əvvəl
  • 28
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 2 saat əvvəl
  • 31
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 3 saat əvvəl
  • 40
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu...
  • 5 saat əvvəl
  • 46
Dövlət və özəl müəssisələrin xidmətlərindən istifadə zamanı şəxsiyyət vəsiqəsi rəqəmsal formada təqdim olunacaq
Dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin...
  • 5 saat əvvəl
  • 52