Azərbaycan klubu braziliyalı voleybolçunu transfer edib
Transfer çalışmalarını davam etdirən “Gəncə” komandası heyətini daha bir voleybolçu ilə gücləndirib.
Qərb təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, “sarı-göylər” braziliyalı voleybolçu Kerolayn Ferreira Perotto ilə 1 illik müqavilə imzalayıb.
Ötən mövsümü İsveçin “Hytle Halmstad” komandasında keçirən oyunçu Tunisdə “Esperance Sportiv”, CSS, Peruda “Circolo” klublarının şərəfini qoruyub. Ölkəsində isə “Brasilia Volei”, UPIS, “Pinheiros” və “ADC Bradesco” komandalarının uğurları üçün çalışıb.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
11 gün əvvəl
309 dəfə oxundu
309 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)