Azərbaycan millisinin baş məşqçisi xüsusi mükafata layiq görülüb
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş ölkəsi Portuqaliyada xüsusi mükafata layiq görülüb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
“Liga Portugal Awards”ın seçiminə əsasən, 70 yaşlı mütəxəssis Portuqaliya futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalardan biri kimi mükafatlandırılıb.
Qeyd edək ki, Fernandu Santuş bu ilin iyununda Azərbaycan millisinə baş məşqçi təyin olunub. O, 2016-cı ildə Portuqaliyaya Avropa çempionluğunu qazandırıb.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
16 gün əvvəl
343 dəfə oxundu
343 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)