Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb

Azərbaycan "Paris - 2024" Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, nüfuzlu yarışa növbəti vəsiqəni kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova əldə edib.

Y.Ramazanova iyunun 14-17-də Türkiyənin Antalya şəhərində keçirilmiş lisenziya xarakterli Dünya Olimpiya Təsnifat Turnirində 1/4 final mərhələsinə yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib.

İdmançımız 1-ci mərhələdə Qətər təmsilçisi Suha Şayxı 6:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə polşalı Marina Stax üzərində qələbə qazanılıb - 6:2. 3-cü mərhələdə Yaylagül Ramazanova gərgin mübarizə şəraitində hindistanlı Dipika Kumarini 6:4 hesabı ilə üstələyib. Növbəti mərhələdə digər Polşa təmsilçisi Klaudia Plazana da qalib gələn millimizin üzvü turnirin 8 ən yaxşı idmançısı sırasına düşməyi bacarıb. Bu nəticə ölkəmizə Paris Olimpiadasına növbəti lisenziyanı qazandırıb.

Qeyd edək ki, millimiz turnirdə ümumilikdə beş idmançı (Roman Vengerov, Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Svetlana Simonova və Fatimə Hüseynli) ilə təmsil olunub.

İyunun 16-da keçirilən qadınların şəxsi yarışında Svetlana Simonova birinci, Fatimə Hüseynli isə ikinci mərhələdə mübarizəni dayandırıblar.

Kişi oxatanlarımız Roman Vengerov və Məhəmmədəli Əliyev iyunun 17-də mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
408 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Prezident İlham Əliyev: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki,...
  • 52 dəq. əvvəl
  • 13
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Mərkəzlə tanışlıq olub
Media nümayəndələrinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların...
  • 2 saat əvvəl
  • 26
Banqladeşdə etirazlar davam edir, hakimiyyət mobil interneti kəsib
Artıq bildirildiyi kimi, Banqladeşdə dövlət vəzifələrinə kvota sisteminə qarşı...
  • 2 saat əvvəl
  • 28
Zarina Təhməzova: Əsas məqsədlərimizdən biri Azərbaycanda peşə təhsilinə marağın artırılmasıdır
Bu gündən “World Skills Azerbaijan”ın təşkilatçılığı ilə “Silk Way Flavour Fest:...
  • 3 saat əvvəl
  • 33
Dünya Bankı: Qərbi Balkan ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 34 milyard avro sərmayə qoymalıdır
Qərbi Balkan ölkələri insanları və əmlakı iqlim dəyişikliyinin artan təsirindən qorumaq...
  • 5 saat əvvəl
  • 40
Daşkənddə Amerika Texnologiya Universiteti açılacaq
Daşkənddə Arizona Dövlət Universiteti və Amerikanın “Cintana Education” şirkəti ilə...
  • 5 saat əvvəl
  • 48