Azərbaycan səfirinin müsahibəsi Kubanın “Opciones” qəzetində dərc olunub

Azərbaycan səfirinin müsahibəsi Kubanın “Opciones” qəzetində dərc olunub

Kubanın “Opciones” həftəlik qəzetində jurnalist Hedelberto Lopez Blankın Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev ilə "Azərbaycan inamla və uğurla inkişaf edir" başlıqlı müsahibəsi dərc edilib.

Kubadakı səfirliyimizdən bildirilib ki, müsahibədə R.Rzayev Azərbaycanın son illərdəki iqtisadi inkişafı, 2023-cü il üzrə iqtisadi göstəricilər, ötən il Azərbaycanın ümum daxili məhsulunun 5 faiz, qeyri-neft sektoru üzrə isə 12 faiz artması, ümum daxili məhsulun 72 milyard ABŞ dolları təşkil etməsi və ölkəmizin xarici borcunun 6,4 milyard dollara düşərək, ümum daxili məhsulun 9 faizdən aşağı olması barədə məlumat verib. Habelə, Azərbaycanın əsas xarici ticarət tərəfdaşları və idxal-ixrac məntəqələri, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq işlərinin aparılması barədə danışıb.

Müsahibə zamanı səfir həmçinin Azərbaycan-Kuba ikitərəfli əlaqələrinə toxunaraq, ölkələrimiz arasında son müddətdə münasibətlərin inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğunu, Azərbaycanın COP29-a sədrliyini diqqətə alaraq iqlim dəyişikliyi məsələləri daxil olmaqla, iqtisadi-ticarət, səhiyyə, turizm, elm-təhsil, mədəniyyət və idman sahələrində, o cümlədən parlament səviyyəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
489 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub
İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda quraqlıq və içməli su...
  • 26 dəq. əvvəl
  • 11
Qəbələnin Uludaş kəndində 80 təsərrüfat su altında qalıb
Son günlər havaların qeyri-sabit keçməsi xüsusən leysan yağışları Qəbələnin bir sıra...
  • 1 saat əvvəl
  • 21
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi...
  • 1 saat əvvəl
  • 23
Sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Həftəsonu səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına mövcud...
  • 3 saat əvvəl
  • 27
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 4 saat əvvəl
  • 33
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 4 saat əvvəl
  • 37