Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın şəhərinə səfəri başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, səfər çərçivəsində diplomatik korpusun nümayəndələri COP-29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin və digər rəsmi şəxslərin çıxışları gözlənilir.

Bundan əlavə, diplomatlara Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat veriləcək, onlar Zerti Aqro-Sənaye Parkı və Hoçazfilm kinopavilyonu ilə tanış olacaqlar. Həkəri çayına balıqların buraxılması prosesini canlı izləyəcəklər və “Xalça belə yarandı” adlı sərginin açılışında iştirak edəcəklər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
481 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 44 dəq. əvvəl
  • 13
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46