Azərbaycanda boşanmaların səbəbləri açıqlanıb

Azərbaycanda boşanmaların səbəbləri açıqlanıb

"Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerdə tərəflərin xasiyyətlərinin tutmadığı göstərilir". Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

O deyib ki, əslində, nikahın pozulmağını istəyən tərəflərin xasiyyətlərinin tutmaması ümumiləşmiş səbəbdir: "Bu səbəbi araşdıranda, tərəfləri dinləyəndə müxtəlif və fərqli məqamlara rast gəlinir".

Komitə rəsmisinin sözlərinə görə, birgəyaşayış üçün insanlar bir-birinə uyğunlaşmalıdırlar: "Uyğunlaşma olmayanda, yəni dünyagörüşü, həyata baxış, əqidə, həyat haqqında düşüncələr nikah quran şəxlər arasında bir-birini tamamlamırsa, bu, böyük problemlərə yol açır".

A.Veysəlova qeyd edib ki, zərərli vərdişlərə aludəçilik də boşanmanın səbəbləri sırasında yüksək faiz təşkil edir: "Tərəflərdən biri hansısa bir vərdişinin olduğu haqqında tərəf müqabilinə xəbər vermir, gizlədir. Bu cür hadisələr isə sonradan ailədaxili münaqişənin səbəblərinə və boşanmalara gətirib çıxarır".

Azərbaycanda boşanma

Komitə rəsmisinin sözlərinə görə, digər bir məsələ də reproduktiv sağlamlıqla bağlıdır: "Reproduktiv sağlamlıq çox vacib məsələdir. Ailə qurmağı planlaşdıran tərəflər bir-birilərinə öz sağlamlıqları haqqında məlumat verməlidirlər, bu mütləqdir".

A.Veysəlova qeyd edib ki, ailədaxili zorakılıq, qadın və kişinin həddindən artıq qısqanc olması, bir-birilərini həddən artıq nəzarətdə saxlamaları da boşanmalar zamanı əsas səbəb kimi göstərilir.

Report.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6381 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 46 dəq. əvvəl
  • 13
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46