Azərbaycanda hal-hazırda yaşayan şizofrenlərin rəsmi sayı açıqlanıb

Yenilənmə tarixi: 2021-11-22

Şizofreniya oxşar simptomları olan bir sıra psixi xəstəliklərdir. Xəstəlik qavrayış və düşünmə qabiliyyətinin pozulmasından asılı olaraq insanın davranışında dəyişikliklərə və pisləşməyə səbəb olur.

Bu gün şizofreniyanın müalicəsində çoxşaxəli yanaşma faydalı hesab olunur. Hazırkı müalicədə əsasən antipsikotik dərmanlardan istifadə olunur. Bundan əlavə, psixoterapiya və digər psixososial yanaşmalardan da istifadə olunur. Şizofreniyada antipsikotik dərmanların dopamin üzərində təsir göstərdiyi güman edilir ki, bu da dopamin hipotezini təsdiqləyir. Xüsusilə xəstəliyin kəskin mərhələsində xəstələrin xəstəxanada müalicəsi tələb oluna bilər.

Şizofreniyanın ömür boyu yayılması ümumi əhali arasında 0,5-1% təşkil edir. Bununla belə, şizofreniya xəstəsi olan qan qohumlarında şizofreniya xəstəliyinə tutulma tezliyi ümumi əhaliyə nisbətən daha yüksəkdir. Tam olaraq eyni genetikaya malik olan eyni əkizlər üzərində aparılan araşdırmalar, bir qardaşda bu xəstəliyə tutulduqda, digər qardaşda xəstəliyin 83%-nin olduğunu ortaya qoyub. Xəstəlik qavrayış və düşünmə qabiliyyətinin pozulmasından asılı olaraq insanın davranışında dəyişikliklərə və pisləşməyə səbəb olur.

2018-ci ildə Azərbaycanda ilk dəfə qeydə alınmış psixi xəstələrin sayı 3974 nəfər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bura psixoaktiv maddələrin qəbulu ilə bağlı psixi pozuntu halları daxil deyil.

Azərbaycanda şizofreniya

Belə ki, 2018-ci ildə Azərbaycanda 586 nəfərə şizofreniya diaqnozu qoyulub. Bundan başqa, 87 nəfərdə affektiv pozuntular, 370 nəfərdə stresslə bağlı və somotoform nevrotik pozuntular qeydə alınıb.

Həmçinin, 1459 nəfərdə əqli gerilik, 128 nəfərdə epilepsiya nəticəsində yaranan psixi pozuntular, 166 nəfərdə isə şəxsiyyət və davranış pozuntuları aşkarlanıb.

Azərbaycanda hal-hazırda yaşayan şizofrenlərin rəsmi sayı açıqlanıb

Ötən il 17033 şizofreniya xəstəsi, 2114 nəfər affektiv pozuntular yaşayan şəxs, 10119 nəfər stresslə bağlı və somotoform nevrotik pozuntulu şəxs, 30991 nəfər əqli gerilikdən əziyyət çəkən şəxs müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində qeydiyyata alınıb.

Həmçinin, epilepsiya nəticəsində yaranan psixi pozuntulu 6197, şəxsiyyət davranış pozuntulu 6880 nəfər müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsinin siyahısında olub.

oxu.az

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
6972 dəfə oxundu
ilk.az-çılar nə deyir?