Azərbaycanda küləyin sürətilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib –  SİYAHI

Azərbaycanda küləyin sürətilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib – SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləyin sürətilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib.

AZƏRTAC Xidmətə istinadla xəbər verir ki, “sarı” xəbərdarlıq Bakı, Sumqayıt, Mingəçevir, Şirvan və Naxçıvan şəhərlərini, o cümlədən, Abşeron, Salyan, Neftçala, Balakən, Zaqatala, Şəki, Yevlax, Bərdə, Gədəbəy, Daşkəsən, Babək və Şahbuz rayonlarını əhatə edib. Həmin ərazilərdə küləyin sürəti saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.

Narıncı xəbərdarlıq zonasına isə Gəncə şəhəri, o cümlədən Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Göygöl, Goranboy, Culfa rayonları daxildir. Burada küləyin sürəti saniyədə 20,8-28,4 metrə qədər güclənəcək.

Qeyd edək ki, “Rəng xəbərdarlıq sistemi”ndə “sarı” xəbərdarlıq 7-8 balla qiymətləndirilir. “Sarı” xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka orta risk deməkdir. 9-10 balla qiymətləndirilən “narıncı” xəbərdarlıq isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
537 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 49 dəq. əvvəl
  • 15
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 46